Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Köhnə binada yeni lift ola, amma istifadə edə bilməyəsən - VİDEO

Köhnə binada yeni lift ola, amma istifadə edə bilməyəsən - VİDEO

Date: 6 November 2016 21:12

Binanın lifti var, özü də ən müasirlərindən. Di gəl ki, 8 il əvvəl quraşdırılan lift işləmir. Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 15 saylı binanın liftləri sakinlər üçün göz dağına çevrilib. Məsələ burasındandır ki, heç bir qurum bu liftlərə yiyə çıxmır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, köhnə binada yeni lift ola, amma istifadə edə bilməyəsən.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 15 saylı binaya quraşdırılan müasir liftlər 8 ildir ki işləmir.

Qocası cavanı, əli dolu-əliboş 9-cu mərtəbəyə qədər qalxmalı olan sakinlər liftlərin işləməməsindən təngə gəliblər.

Sakinlər deyir ki, müraciət etmədikləri qurum qalmayıb. Amma bu kohnə binanın təzə liftlərinə nədənsə yiyə çıxan tapılmayıb.

İş günü olmasada, hər ehtimala qarşı sakinlərdən lift idarəsinin telefon nömrəsini alıb zəng vurduq. Düzdür bir nəticə hasil olmadı, amma yəqin ki, bu süjetimizlə 15 saylı binada yaşayanların səsini lazımi qurumlara çatdıra bildik.

Milli.Az


Tags:  Köhnə binada yeni lift ola istifadə edə bilməyəsən VİDEO

RƏYLƏR


Top news