Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu yoldan avtobus keçmir - VİDEO

Bu yoldan avtobus keçmir - VİDEO

Date: 6 November 2016 21:12

Səbail rayonu Muxtarov qəsəbəsinin sakinləri avtobus problemi yaşayırlar. Buna səbəb qəsəbədəki əsas yollardan olan Bibiheybət yolunda üzü şəhər istiqamətində avtobuslarIn hərəkət etməməsidir. Elə buna görə də sakinlər hər gün piyada xeyli məsafə qət etməli olurlar. Bəs görəsən bu problem nə zaman aradan qalxacaq?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Səbail rayon Muxtarov qəsəbəsinin bəzi sakinləri avtobus sarıdan problem yaşayırlar. Çünkü həmin ərazidəki Bibiheybət yolunda avtobuslar sadəcə şəhərdən çıxış istiqamətində hərəkət edirlər. sakinlərin sözlərinə görə, əvvəllər bu yolda şəhər istiqamətində də avtobuslar işləyib. Ancaq bir müddət əvvəl həmin avtobusların istiqaməti dəyişdirilib

İndi isə sakinlər həmin əraziyə avtobusların buraxılmasını istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, avtobusların Bibiheybət yolunda üzü şəhər istiqamətində hərəkət etməməsinin səbəbi Bibiheybət Mescidinin yaxınlığında yolda çəkilən qoşa xətdir. Əvvəllər isə bu yolda qoşa xətt olmayıb. İndi isə həmin əraziyə avtobusların bərpası istiqamətində araşdırmalar aparılır. qurum tərəfindən avtobusların üzü şəhər istiqamətində hərəkət etməsi üçün bütün ehtimallar nəzərdən keçirilir.

Milli.Az


Tags:  yoldan avtobus keçmir VİDEO

RƏYLƏR


Top news