Soyuducu anbarlar boş qalıb - VİDEO

Soyuducu anbarlar boş qalıb - VİDEO
21:12 6 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda məhsulu qışa saxlamaq üçün 3 soyuducu anbar var. Əvvəlki illərdə həmin anbarlar meyvə ilə dolu olsa da, bu il demək olar ki, boş qalıb. Fermerlər bunu məhsulun saxlanma qiymətinin baha olması ilə əlaqələndirirlər.

Soyuducu anbarlar boş qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Şamaxıda Fermerlərin təlabatını qarşılamaq məqsədi ilə 3 soyducu anbar tikilib. Onlardan ikisi rayon mərkəzində, biri isə Kərkənc kəndindədir. Hər il anbarlarda əsasən rayonda yetişdirilən üzüm və xurma saxlanılıb. Bu il isə qış yaxınlaşmasına baxmayaraq hələ də anbarlara məhsul təqdim edən olmayıb.

Bu anbarlar sahibkarlara məxsusdur. Onlar məhsulun saxlanma qiymətində dəyişiklik etmədiklərini, əvvəlki illərdəki kimi hər ay üçün 1 kiloqram məhsula 20 qəpik təyin etdiklərini bildirirlər. Məhsul sahibləri isə bu qiymətlərin yüksək olduğunu deyilər.

Onların sözlərinə görə, sahibkarların qiymətlərdə güzəştə getməməsi anbarların boş qalmasına səbəb olur. Üzümü anbara yerləşdirdikə isə məhsulun qiymətinə ciddi şəkildə təsir edir. Bu il məhsuldarlıq yüksək olsa da, anbara yerləşdirmək baha başa gəldiyindən dəyər-fəyməzinə satdıqlarını bildirirlər.

Sahibkar isə soyuducunun çox xərc tələb etdiyini, bu səbəbdən də qiymətin normal olduğunu deyir.

Bəzi fermerlər özləri üçün anbar tikmək qərarına gəliblər. Onlar əldə etdikləri məhsulu şəxsi anbarlarında saxlayaraq qış aylarında bazara çıxarmaq niyyətindədirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR