ABŞ vətəndaş müharibəsinə geri qayıdır? - Bu gün, sabah, bir də...

ABŞ vətəndaş müharibəsinə geri qayıdır? - Bu gün, sabah, bir də...
21:42 6 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizədlik uğrunda aylardır Demokratlar Partiyasının sabiq dövlət katibi Hillari Klinton və  Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedən mübarizə noyabrın 8-də keçiriləcək seçkilərdə iki tərəfdən birinin qələbəsi ilə yekunlaşacaq. Dünyanın gedişatını kökündən dəyişəcək bu sonuc haqqında şərhçilər bir neçə gündür qarışıq fikirlər içərisindədir. Belə ki, mübarizənin ilk günlərindən keçirilən sorğularda liderliyi əldə saxlayan xanım Klinton seçkilərə bir həftəndən az müddət qala geriləməyə başlayıb. Buna səbəb isə, Klintonun dövlətə xəyanətdə ittiham olunmasıdır. Belə ki, 5 ölkənin kəşfiyyat orqanlarının prezidentliyə namizəd Hillari Klintonun şəxsi imeyl ünvanına giriş etdiyi iddia edilir. Klintonun 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən yazışmalarını öz şəxsi ünvanından etməsi, həmin ölkələrin gizli yazışmalardan xəbərdar olduğunu düşünməyə əsas verib. "O, məxfi informasiyaları düşmənlərimizə verib" deyən Konqressin nümayəndələr palatasının daxili təhlükəsizlik komitəsinin rəhbəri Makkol bunu açıq-aşkar təhlükəsizliyə xəyanət adlandırıb. Bütün bunlar Klinton və Tramp arasındakı tarazlığın pozulmasına səbəb olub.

Seçkilərə 3 gün qalmış Klintonun prezident seçiləcəyi proqnozunu verən şərhçilər çaşqınlıq içərisindədir. Maraqlıdır, dünyanın taleyini dəyişəcək bu seçki nə ilə sonuclanacaq?

"Bu seçkiləri ABŞ-dakı vətəndaş müharibəsi ərəfəsindəki 1861-ci il seçkiləri ilə müqayisə etmək olar. Məhz onda olduğu kimi, indi də ölkədə siyasi qütbləşmə və gərginlik ən son həddədir. İstər cəmiyyət, istərsə də siyasi elita barışmaz iki cəbhəyə bölünüb".

Milli.Az atv.az-a istinadən bildirir ki, bu sözləri SAM eksperti Fuad Çıraqov bildirib.

Onun sözlərinə görə, məhz buna görə də ötən müddət ərzində Z. Bjezinki kimi politoloqlar ölkədə əvvəlki dövrlərdən fərqli olaraq, siyasi konsensusun pozulduğunu göstərirdi:

"Ötən müddət ərzində siyasi konsensusun pozulması və dövlət maşınının funksianallığını itirməsi öz əksini ən bariz formada 2013-də Konqres və "Ağ ev" arasında ziddiyyətlərin, qarşıdurmanın ən yüksək nöqtəsi kimi Konqresin növbəti il üçün dövlət büdcəsini təsdiq etməkdən imtina edərək, "hökumətin bağlanması"nda tapmışdı. Maraqlıdır ki, bu cür qütbəşmə bir zamanlar iqtisadi və siyasi bağlarla bir-birinə bağlı olan Klintonlar və Tramp ailəsini bu gün qarşı-qarşıya qoyub. Bu gün iki namizəd istər daxili, istərsə də xarici siyasət məsələlərində tam bir-birinə zidd fəlsəfi mövqeni müdafiə edir. İki düşərgə arasında ziddiyyətlərin yüksək həddini seçki kampaniyası dövründə namizədlərin bir-birinə qarşı mübarizədə ən çirkin qara piar texnologiyalarından və təhqirlərdən belə yayınmadığını görərik. Məşhur təhlilçilər ABŞ-dakı siyasi qütbləşməni 1929-1933-cü illərin  iqtisadi böhranından sonra Avropadakı radikal sol və faşizm ideyalarının populyarlıq qazanması ilə müqayisə edir.

Bu gərginlik öz əksini müxtəlif rəy sorğularındakı ziddiyyətli rəqəmlərdə və ən əsası isə ABŞ prezidentini sonunda seçəcək seçicilərin müəyyən edilməsində son həftə ərzində rəqəmlərin bir neçə saat və gün ərzində kəskin oynamasında göstərir. Keçən həftə Federal Təhqiqatlar Bürosunun H. Klintonun imeyl qalmaqalı ilə yeni təhqiqata araşdırmaya başlaması xəbəri çıxandan sonra, bu, onun rəy sorğularında əminliklə artan üstünlüyünü silkələdi. Seçki ərəfəsindəki həftə ərzində çoxsaylı rəy sorğularında ya Klintonla rəqibi arasında fərqin kritik həddə qədər azaldı, ya da bəzi rəy sorğularında isə hətta Trampın irəliyə çıxdı. 2 gün ərzində seçicilər (electoral vote) arasında fərq Klintonun xeyrinə 100-dən 6 səs fərqinə endi. Ancaq yuxarıdakı xəritədən gördüyünüz kimi növbəti gün bu fərq yenidən 40 səs Klintonun xeyrinə artdı. Eyni zamanda, hələ hansı namizədə səs verəcəyini müəyyən etməyən kifayət qədər həlledici ola biləcək seçicilər (158) var.

Bir məsələni qeyd etmək lazımdır ki, bu ilki prezident seçkilərinin əsas mövzusu nə amerikalı seçicilər, nə də ki dünyanın qabaqcıl intellektualları üçün xarici siyasət deyil, ölkənin və dünyanın hazırkı iqtisadi vəziyyətidir. Bu gün ABŞ-ın siyasi səhnəsində gərginliyin əsas səbəbi ölkə iqtisadiyyatının elə Vaşinqtonun yaratdığı beynəlxalq rəqabət qaydaları çərçivəsində özünün əvvəlki hakim mövqelərini saxlaya bilməməsi və uduzmağa başlamasıdır. Liberal iqtisadi siyasət, azad ticarət və rəqabət qaydaları ABŞ-ın qlobal və istehsal sahələrində çalışanların maraqlarına cavab verdiyi vaxtlarda ölkənin siyasi və iqtisadi elitası dünya miqyasında proteksionist siyasətin əleyhinə çıxırdı, bu qaydalar ölkənin iqtisadi maraqlarına zidd getməyə başlayandan sonra isə ölkə ictimaiyyəti və siyasi elita bu məsələdə iki bir birinə barışmaz cəbhəyə bölündü. Paradoksal odur ki, D. Trampın şəxsi biznesi qlobal miqyaslı olsa da, bu gün o, ölkənin proteksionist siyasət tərəfdarlarını təmsil edir.

Bu seçkilərin mühüm xüsusiyyətlərindən biri də, Hilarinin administrativ resurslardan istifadə etməsi, hakimiyyətdə olan prezidentin Obamanın və bütün komandasının demokrat namizədə dəstək verməsidir. Seçkilər zamanı demokratiyanın bütün zəif nöqtələrindən istifadə edildi, manipulyasiya ən yüksək səviyyəyə qalxdı və dövlət aparatının seçki prosesinə maksimal müdaxiləsi müşahidə edildi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub

23 Avqust 2017 08:37

Qara cirə min dərdin dərmanıdır - Bunları mütləq bilməlisiniz...

23 Avqust 2017 08:33

Sumqayıtda oğul atasını bıçaqlayıb

23 Avqust 2017 08:27

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

23 Avqust 2017 08:18

Maduro Moskvaya gedəcək

23 Avqust 2017 08:04

Sürücülərin diqqətinə: Bu yol təmirə bağlanır

23 Avqust 2017 08:03

Şimali Koreya raketlərin sayını artırır

23 Avqust 2017 07:49

KXDR döyüş başlıqlarının və raket mühərriklərinin istehsalını artıracaq

23 Avqust 2017 07:37

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 07:33

"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq

23 Avqust 2017 07:27

Uşaqlarda gec danışmağın səbəbi B12 vitamini çatışmazlığı ola bilər

23 Avqust 2017 07:03

Bakıda avtomobillərin toqquşması zamanı iki piyada xəsarət alıb

23 Avqust 2017 06:57

Qatar relsdən çıxdı: 74 yaralı

23 Avqust 2017 06:54

Paris turistlərin sayına görə rekord vurdu

23 Avqust 2017 06:44

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09