"Şimali İrlandiya ilə oyun öncəsi bir az yorğunuq" - Rahid Əmirquliyev

"Şimali İrlandiya ilə oyun öncəsi bir az yorğunuq" - Rahid Əmirquliyev
21:52 6 Noyabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının XI turunda "Zirə"yə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra brifinq keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, millinin də üzvü olan təcrübəli yarımmüdafiəçi sualları cavablandırıb.

- Komandanız "Zirə" ilə oyunun ilk hissəsində tam gücü ilə oynamadı. Ancaq fasilədən sonra tam fərqli oldu...

- Deməzdim ki, komanda birinci hissədə bütün gücünü qoymamışdı. Sadəcə, 3 gün qabaq Avroliqada ağır oyunumuz olmuşdu. Bundan qabaq isə AZAL-la sintetik meydanda oynamışdıq.

İndi də süni örtükdə oynadıq və onun vəziyyəti də yaxşı deyildi. Buna görə çətin oldu. İkinci hissədə istədiyimiz qolları vurduq və qalib gəldik.

- "Qəbələ" xal itirdiyindən ona çata bildiniz...

- Onun nəticəsindən xəbərim yox idi. Rəqibin xal itirməsi bizim üçün yaxşı oldu. Bu, "Qəbələ"yə çatmaq üçün fürsət idi.

- Rəqibinizin son turlarda xal itkilərinə məruz qalması nəticəsində 6 xallıq fərqi aradan qaldıra bildiniz...

- Bunu gözləmirdik. Ancaq hər bir oyun həm bizim, həm də "Qəbələ" üçün çox çətin keçir. Bundan sonra da hər ikimizin xal itirməyi mümkündür. Bizi maraqlı çempionat gözləyir. Belə gedişlə çempion son turadək bilinməyəcək.

- Ancaq çempionluq 2 komanda arasında gedəcək. Ən yaxın izləyiciniz "İnter"lə xal fərqi artıq 5-ə çatıb...

- "İnter" çempionata yaxşı başlamışdı. Ancaq sonradan eniş getdi. İnanıram ki, bu komanda da mübarizəyə qoşulacaq. "İnter"i hesabdan silmək olmaz. Hələ tezdir.

- Son vaxtlar ardıcıl çətin oyunlarla əlaqədar millinin qarşıdakı matçı öncəsi yorğunluq varmı?

- Bir az var. Ancaq həmin matçadək tam hazır olacağıq.

- Şimali İrlandiyadan sərfəli nəticə ilə qayıtmağınız mümkündür?

- Bəli. Çexiya ilə səfər matçından öncə də deyirdilər ki, xal qazanmaq çətin olacaq. Düzdür, çox çətin oldu. İnanırıq ki, Belfastdan da ən azı 1 xalla dönəcəyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR