Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mercedes elektrik krossover hazırladı - FOTO

Mercedes elektrik krossover hazırladı - FOTO

Bakıda Mercedes yandı (14 Mart 2017 22:27)
Audi-dən böyük krossover - FOTO (19 Fevral 2017 23:57)

Tarix: 6 Noyabr 2016 21:57

Bu gün Paris avtosalonunda nümayiş olunan bu maraqlı "Mercedes-Benz" konsepti bütöv bir model sırasından xəbər verir - tam elektrik cərəyanı ilə çalışan "Generation EQ" krossoveri "EQ" ("Electric Intelligence") subbrendinə start vermək üçün gəlib. Yəni, "Mercedes" seriyalı bir neçə elektrokar hazırlayır.

Milli.Az auto.az-a istinadən bildirir ki, bunlardan biri də krossover "GLC" olacaq. Görünür, o, çox sürətlidir - konsept elektrik cərəyanı ilə işləyən iki mühərriklə (bu, hər oxda 408 a.g. və 700 Nm deməkdir) təchiz olunub və ilk yüzlüyü 5 saniyəyə yığır. Yetmiş kilovat/saatdan çox həcmi olan tökmə-ion batareyalar 500 km məsafə qət etməyə imkan verir.

Seriyalı istehsalat 2019-cu ilə planlaşdırılıb, odur ki, əgər yenilik futuristik dizaynı və kosmik salonu saxlasa təəccüblənmərik - daxildə və xaricdə LED işıqlar, taçpədi olan böyük displey, arxa görünüş güzgüləri əvəzinə kameralar, bir sözlə, adət halı alan əşyalar.

Milli.Az











Teqlər:  Mercedes elektrik krossover hazırladı FOTO



RƏYLƏR


Top xəbərlər