Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Maşın bazarında canlanma - QİYMƏTLƏR - VİDEO

Maşın bazarında canlanma - QİYMƏTLƏR - VİDEO

Tarix: 6 Noyabr 2016 22:23

Bölgələrdəki bəzi maşın bazarlarında canlanma müşahidə olunur. Alıcilar əsasən Rusiya istehsalı olan avtomobillərə üstünlük verirlər. Bəzi bölgələrdə isə durğunluq yaşanır.

Rusiya istehsalı olan avtomobillərə tələbat artıb.

Bərdədə yerləşən maşın bazarında son vaxtlar müəyyən dərəcədə canlanma müşahidə olunur. Alıcılar isə əsasən Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər.

Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər.

Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildirdilər.

Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır.

Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər. Alıcılar isə əksini iddia edir.


Teqlər:  Maşın bazarında canlanma QİYMƏTLƏR VİDEO



RƏYLƏR


Top xəbərlər