Məsləhətli yalan

Məsləhətli yalan
22:42 6 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Ustad Şəhid Mütəhərri Sədinin məsləhətli yalan haqqında yazdığı şerə işarə edərək, buyurmuşdur: "Məsləhətli yalan, yoxsa, fitnə yaradan düz söz. Bir şəxsi padşahın yanına gətirirlər, padşah əmr edir ki, aparıb, boynunu vursunlar. O, da padşahın dalınca söyüş söyməyə başlayır. Ancaq padşah bunları eşitmir. Padşah vəzirdən soruşur ki, o, nə deyir? Vəzir də onun Quran ayəsi oxuduğunu söyləyir. Vəzirlik məqamında gözü olan bir şəxs padşaha yaxınlaşır və vəzirə deyir: "Padşaha bizə dediyin kimi yalan deyə bilməzsən. O, padşahı söyür, sən isə deyirsən ki, Quran ayəsi oxuyur". Padşah deyir: "Onun yalanı sənin düzündən daha yaxşıdır". Yəni, vəzir bir məsləhətli yalan deməklə vəziyyəti yüngülləşdirməyə çalışır, ancaq həmin insan düz sözü ilə fitnə yaradır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əslində məsləhətli yalan ilə mənfəət gətirən yalan arasında fərq vardır. Çoxları bu ikisini bir-biri ilə səhv salırlar və ya səhv salmaq istəyirlər. Məsləhətli yalan o yalandır ki, öz fəlsəfəsini əldən vermişdir, düz sözün fəlsəfəsinə çevrilmişdir. Yəni o yalan ki, insan onun vasitəsilə həqiqətə nicat vermiş olur. Ancaq mənfəət gətirən yalan o yalandır ki, yalan danışanın özü xeyr götürər. Məsləhəti mənfəət ilə səhv salmaq olmaz. Məsləhət həqiqətin çevrəsində fırlanar. Onlar bir-birindən ayrılmazlar. Məsləhət, yəni həqiqətə riayət etmək, mənfəətə deyil. Bəziləri yalan danışırlar, ancaq öz xeyrlərinə yalan danışarlar. Deyəndə ki, niyə yalan deyirsən, deyir ki, məsləhətli yalan danışıram. Bu məsləhət deyildir, adi yalandır, o biri yalanlar kimi. Ona görə də məsləhətli yalanı mənfəət gətirən yalan ilə səhv salmaq lazım deyildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR