Təbiəti düzgün oxuya bilsək

Təbiəti düzgün oxuya bilsək
22:47 6 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Bakının müxtəlif səmtlərində torpaq sürüşməsinin aktivləşdiyi bildirilir. Mütəxəssislər bunu müxtəlif amillərlə əlaqələndirirlər. Kimi deyir, son zamanlar normadan artıq yağmur yağması ilə bağlıdır, kimi deyir, tektonik dəyişikliklərlə. Səbəb nə olur-olsun, bizim borcumuz vaxtında tədbir görmək, işimizi ən sağlam şəkildə yerinə yetirməkdir.
Yeddi il su axmayan dərənin yamacında ev tiksən, bilməlisən ki, nə zamansa o dərə dolusu sel gələcək və sənin evini aparacaq. Burda Amerika kəşf etmirik ki...
Quyunun ağzındakı daş bir gün o quyuya düşəcək. Ağıllı olmaq hər gün o quyudan qorunmaq deyil, ümumiyyətlə, ondan uzaq olmaqdır.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, zəlzələ fəlakət deyil, torpağın gərnəşməsidir. Bu zamana qədər zəlzələnin zamanını və yerini müəyyən etmək mümkün olmayıb. Təxminən 16 il əvvəl Bakıda güclü bir zəlzələ oldu. Çox şükür ki, o zəlzələdə elə bir dağıntı, tələfat qeydə alınmadı. Amma həmin hadisə zamanı hündür binalardan qalxan cırıltı, nərilti səsləri hələ də qulağımdadır. Həmin vaxt şəhərimizdəki binaların əksəriyyəti sovetdən qalma idi və bəlkə də o təbiət hadisəsi sovetlərin sonuncu imtahanı oldu. Qəribədir ki, həmin zəlzələdən bir neçə il sonra şəhərimiz böyük bir inşaat meydanına çevirildi və Bakı bütün tarixi boyunca tikildiyi qədər yenidən inşa edildi. Paytaxtımızın siması tamamən dəyişdi. İyirmi mərtəbəli binalar ucaldıldı, insanlar kiçik evlərdən çıxıb daha hündür, daha geniş mənzillərə daşındılar. İndi düşünürəm ki, həmin o zəlzələ bir daha təkrarlansa (Allah göstərməsin), şəhərimizdə hansı mənzərə meydana çıxar. Görəsən Bakıda tikilən bu qədər göydələnlər neçə bal gücündə zəlzələləy tab gətirərlər.
Yaponiyanın böyük şəhərlərinin sakinləri zəlzələ ilə yaşamağa adət ediblər. Hətta məktəblərdə uşaqlara zəlzələ zamanı necə davranmağı dərs kimi tədris edirlər.
İstər-istəməz düşünməli olursan: bu yaponlar hündürmərtəbəli evlər tikirlər, amma zəlzələnin gücü 9 bala çatsa da ölüm faktı qeydə alınmır, bizdə isə zəlzələnin gücü 7 balı keçdisə, uçqun da olur, ölüm də.
Zəlzələ məsələsində Bakı İstanbula nisbətən daha az təhlükəli şəhər sayılır. Allah göstərməsin, əgər Yaponiyadakı zəlzələ İsanbulda baş versə, hansı mənzərənin ortaya çıxacağını, ölü sayının hansı rəqəmlərlə ifadə olunacağını düşünməyə belə qorxuram. İki qitəni birləşdirən, möhtəşəm bir mədəniyyəti yaşadan bu şəhərdə yaşı əsrlərlə ölçülən minlərlə tikili var. İranda, Əfqanıstanda 4-5 ballıq zəlzələ ilə kəndlər, qəsəbələr yerlə bir olur. Zəlzələdən sonra xilasetmə igləri belə aparılmır, üstünü basdırıb, həmin yeri böyük bir məzarlıq elan edirlər, məsələ onunla da tamamlanır.
Görəsən niyə yaponların tikdiyi binalar 9 bala davam gətirdiyi halda, adı müsəlman olan bu ölkələrdə tikilən binalar 5 ballıq zəlzələdə toz kimi sovrulub tökülür?
Müsəlman - həm də öz işini layiqincə yerinə yetirən insan deməkdir. Əgər bir müsəlmanın tikdiyi bina standartlara cavab vermirsə, demək onun müsəlmançılığında problemlər var. Müsəlman işini ən gözəl şəkildə görən insandır. Əgər sən tikdiyin evin uçacağını, içindəkilərin də öləcəyini bilə-bilə iş görürsənsə, qatilsən. Müsəlman başqalarının ölümünə səbəb olan evi tikməz, onu qəbul etməz, keyfiyyətinə zəmanət verməz. Yaponlar müsəlman deyillər, amma belə eləyirlər.
Sevdiyim bir söz var: pəhləvan hər yıxılanda bir fənd öyrənmədisə, pəhləvan deyil. Biz də hadisələri düzgün oxumağı, baş verənlərdən düzgün nəticə çıxarmağı öyrənməliyik. Kim bilir, Allah-Təala hansı zərərin içində bizə hansı xeyirləri göndərir?
Yazının əvvəlində dediklərimə qayıdıram, zəlzələ fəlakət deyil, fəlakət insanın insanlığını itirməsidir. Bu cür hadisələrlə bizə bir dərs verilir, bir şeylər öyrədilir, bizim borcumuz da gördüklərimizdən, başımıza gələnlərdən düzgün nəticə çıxara bilməkdir.
Yeddi il su axmayan dərənin yamacında ev tiksən, bilməlisən ki, nə zamansa o dərə dolusu sel gələcək və sənin evini aparacaq. Tikdiyin binanın sementini, armaturunu oğurlayıb satanda, texniki göstəricilərə əməl eləməyəndə bilməlisən ki, o bina bir zəlzələ ilə yılacaq...
Təbiət günahkar deyil, günahkar olan insandır. Tərpənmək torpağın, yaşmaq yağışın, sel olub axmaq suyun, əsmək küləyin haqqıdır. Tədbir görmək isə insanın borcudur ki, sonradan peşman olmasın.
İnsanın Allahı sevməsi də Allahın insana bir lütfüdür. Əgər Allah-Təala o sevgini öz bəndəsinin ürəyinə qoymayıbsa, bəndənin yalandan "Mən Allahımı sevirəm" deməsinin nə mənası var?​
Şair və kərpickəsən
Dövrün böyük şairi bir məhəllədən keçəndə görür ki, qoca bir kişi kərpic kəsir. Şair görür ki, bu qoca işləyə-işləyə onun şeirlərini oxuyur. Oxuyur deyəndə ki, oxumur ee, bərbad edib töküt ora. Bir qədər baxır və gedib o qocanın təzəcə kəsdiyi kərpicləri tapdalamağa başlayır. Qoca görəndə ki yad bir adam onun kəsdiyi kərpicləri zay edir, az qalır ki, dəli olsun. Yerindən qalxıb onun üstünə yüyürür. Yaxasından yapışıb deyir:
- Mənim kərpiclərimi niyə əzirsən? Mən bu qoca yaşımda olan-qalan gücümü toplayıb o kərpicləri kəsmişəm ki, bir tikə halal çörəyimi qazanım. Sən necə zalım adamsan? Heç Allahdan qorxmursanmı?
Şair də cavabında qocaya belə deyir:
- Bəs sən mənim ürəyimin qanı, gözümün nuru, bütün duyğularımı səfərbər edib yazdığım o şeirləri niyə o cür zay edrisən? Kim sənə haq verib ki, başqalarının əsərlərini o cür təhrif edəsən? Necə olur ki, sən kərpickəsən öz kərpiclərinin qədrini bilirsən, amma mən şair olduğum halda öz yazdıqlarımın qədrini bilməyim?
Qoca bir anlığa dayanır, qarşısında dayanmış o böyük söz ustasını tanıyır, ondan üzr istəyir və qucaqlaşıb barışırlar.
Ehsan nədir
Ehsan sözü hərfi tərcümədə bağışlama, hədiyyə etmə, xeyirli bir iş görmək mənalarına gəlir. Ədalat hər bir işə doğru-düzgün qarşılıq vermək, hər şeyin esl qiymətini verməkdir. Yəni birisinin zəhmətinin qarşılığı nədirsə, onu da verməkdir. Ehsan isə o haqqın üzərinə əlavə ediləndir. Qurani-kərimdə: " Ehsan edin, çünki Allah ehsan edənləri sevər"- buyurulmaqdadır.
Bir hədisi- şəriflərində uca Peyğəmbərimiz həzrəti-Məhəmməd (s.ə.s.) "Ehsan Allahı görürmüş kimi ona ibadət etməkdir. Çünki sən Onu görməsən də O səni görür"- söyləmişdir.
Ümumiyyətlə ehsan sözü çox geniş mənaları əhatə edir. Bir imkansıza yardım etmək də ehsandır, bir kəndə yol çəkdirmək də, kiminsə xeyir işinə yardımçı olmaq da... Amma təəssüflər olsun ki, son dövrlərdə bizdə "ehsan" deyəndə ağla yas çadırları və orada yeyilən yemək gəlir. Bu da ehsandır, amma ehsan təkcə bununla bitmir ki. Yeri gəlnişkən onu da deyək ki, şəhər yerlərində bu cür yas çadırlarını bəzən gediş-gəlişin gur olduğu yerlərdə qururlar, bu da haqlı narazılığa səbəb olur. Xatırladaq ki, ölüsünün adına ehsən vermək istəyənin haqqı yoxdur ki, başqalarının yolunu kəssin. Bu in
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR