"Real Madrid" Kriştianu Ronaldu ilə müqaviləni uzadıb

"Real Madrid" Kriştianu Ronaldu ilə müqaviləni uzadıb
23:03 6 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" futbol klubu Kriştianu Ronaldu ilə müqaviləni 2021-ci ilədək uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, imzalama mərasimi noyabrın 7-də "Santyaqo Bernabeu" stadionundakı kral lojasında olacaq.

Təntənəli tədbirdə portuqaliyalı kapitanın özündən əlavə, klubun prezidenti Florentino Peres də iştirak edəcək. Yeni anlaşmanın maliyyə tərəfi açıqlanmır. Hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, komandanın ən yüksək ödənişli futbolçusudur.

Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"ə 2009-cu ildə İngiltərə "Mançester Yunayted"indən 80 milyon funt sterlinqə keçib. O, "kral klubu"nun heyətində iki dəfə Çempionlar Liqasının, bir dəfə UEFA Super Kubokunun sahibi olub. Ronaldu İspaniya çempionluğu, iki dəfə ölkə kuboku, bir dəfə Super Kuboku əldə edib və 3 dəfə "Qızıl top" əldə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR