Məni bağışla, övladım

Məni bağışla, övladım
23:17 6 Noyabr 2016
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər ailənin öz qayda-qanunu, öz prinsipləri var. Ailə var ki, hər iş kişinin öhdəsindədir, ailə var ki, ağırlıq qadının boynuna düşür. Bizim evdə elə bir prinsipimiz yoxdur. Kim uyğun oldusa həyətə düşüb marketdən lazım olanı alıb gəlir, amma həftəlik bazar məsələsinə gələndə bu iş birmənalı olaraq mənlikdir. mən heç də demək istəmirəm ki, qadın bazara getməsin, amma nəsə yaraşdıra bilmirəm. Bu işi kişiyə layiq bildiyimdən hər zaman özüm yerinə yetirirəm. Bir də ki, bazar mənim üçün həm də insanlarla tanışlıq yeridir.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, cərgələrin arasında gəzə-gəzə bir yandan düşmən əlində qoyub gəldiyim bağımızdakı meyvələrin bənzərini axtarıram, bir yandan da müxtəlif xasiyyətli insanlarla söhbət edirəm. Yəni bir növ həm özümü ovuduram, həm də ayıb olmasin, uşaqların anasının əlimə verdiyi siyahıdakıları alıb zənbilimiə doldururam. Bu mənada bazar bizə doğma yerdir, biz burada özümüzü daha yaxşı ifadə eləyə bilirik. Burada cürbəcür adamlar toplaşıb: adam var bu işin ustasıdır, il boyu burdadır; adam da var bağından yığdığı iki vedrə gilasdan bir şey qazanmaq ümidi ilə polisin qabağında ora-bura qaçır. Mən də cibimdəki 10-15 manatla evə əlimdə bir şey apara bilmək üçün dəqiq hesablamalar aparır, hər şeyi ən kiçik detallarına qədər ölçüb-biçirəm. Bir alma topasinin qabağindan iki-üç dəfə o tərəf-bu tərəfə keçirəm. Bir yandan özümə hirslənirəm, bir yandan da gülməyim gəlir: bəxtəvərin balası, elə əvvəldən bu qədər dəqiq olsaydın, indi Allah bilir nə işin sahibi idin. Nə oldu elə bu bazardakı kasıb-kusubu görəndə qənaət yadına düşdü? Bəs nə oldu filankəslərin qapısının ağzında saatlarla boyun bükəndən sonra xərc-borc ordan-burdan topladığını verəndə heç bu qədər həssas olmurdun axı...
Nə isə, bu söhbəti bir tərəfə qoyaq. Onu da deyim ki, bazarda mənim ən çox xoşuma gələn zəmbil doldurmaq deyil, adamlarla dərdləşməkdir. Vallah birdən elə səmimi, elə kövrək adamlara rast gəlirsən ki, istəyirsən cibində olanların hamısını verib onun malını alasan. Təsəvvür edirsənmi, bazardan evə dönürsən, əlində böyük bir torba, içində də 14 kilo çuğundur, ya da elə o qədər turp. Kef elə, bir həftə gecə-gündüz ye, qurtarmaz. Bu arada yenə ayıb olmasın, uşaqların anasından görüb-görəcəklərin o qədər də səmimi, ürək açan olmayacaq əlbəttə.
Təxminən lazım olan hər şeyi almışdım, hiss edirdim ki, əlimdəki salefon torba xeyli ağırlaşıb. Amma yolun ağzındakı tər bibər topası da xoşuma gəldi, torbanı yerə qoydum, əlimlə yüngülcə cibimi qarışdırdım," buna da gücüm çatar". Bibər satan məndən qabaq yaşlı bir qadınla alver eləyirdi. Bir az gözləməli oldum. Bu zaman on üç - on dörd yaşlarında bir uşaq mənə yaxınlaşdı və asta səslə nəsə dedi. Əvvəlcə əhəmiyyət vermədim, sonra oğlanın sakitcə, bir qədər də utancaq vəziyyətdə dayanaraq mənə baxdığını görüb:
- Nə istəyirsən, oğlum?- soruşdum. Oğlan özünü toplayıb bayaqkından bir qədər uca səslə:
- Sizə kömək lazım deyil ki? - dedi.
Başa düşdüm ki, bu uşaq bazarın aralığında gəzərək onun-bunun yükünü maşına, avtobus dayanacağına daşıyır, kim də nə versə, cibinə bərəkət.
Onu danışdırmaq istədim, hiss elədim ki, gözlərini qaçırır, çünki utanır. Demək bu işdə ya təzədir, ya da həya etdiyindən üzümə baxmaq istəmir. Onunla üz-üzə qaldığım bu anda mən 88-ci ildən bəri meydanlardan keçən yolları xatırladım, orada eşitdiyim gurultulu şüarlar qulaqlarımda bir daha cingildədi. Nədənsə mənə elə gəldi ki, bu an o uşağı o bazar qarşısında adamların zəmbilini daşımağa mən vadar eləmişəm. İnanın ki, xəcalət çəkdim. Elə düşündüm ki, o uşağın yerindəki mənim öz balam, mənim yerimdəki isə mən deyiləm, bir ingilisdir. Onu da təsəvvür elədim ki, o ingilis mənim balama üstdən-aşağı itə, pişiyə baxan kimi baxır. Bazar boyunca agır zənbili dalınca o baş - bu başa daşıtdırır, heç dönüb geri də baxmır. Sonra da maşına oturub gözləyir, uşaq zənbili yerbəyər edib qapını bağlayandan sonra it qabağına sümük atırmış kimi ona tərəf əzik bir manatlıq tullayır. Belə düşündükcə içimdən nəyincə qaynayaraq boğazıma doğru qalxdığını hiss edirəm: "Axı biz belə danışmamışdıq, bəylər, bunun üçün yola çıxmamışdıq."
Bazarlığım da bu düşüncələrlə harama döndü. Övladım yaşda o uşaqsa sakitcə durub gözləyirdi. Üzünə diqqətlə baxdım, çiçək kimi tərtəmiz idi. Bu qədər bədbin düşüncənin içində işıqlı bir şey vardı ki, o uşaq oğurluq eləmirdi, halal yolla bir tikə çörək qazanmaq istəyirdi və mən də indi o uiağa o çörəkpulunu vermək imkanından məhrum idim. Özümə də acıdım. Zahirən biz fərqli tərəflər kimi görünsək də, əslində eyni vəziyyətdə idik. Nə qədər eləsəm də o uşağa deyə bilmədim ki, cibimdə avtobus pulundan başqa bir şey yoxdur. Qorxdum ki, bütün arzuları, ümidləri ölər o körpənin. Məsum-məsum bir-birimizin üzünə baxırdıq. O an mən qəlbimdə o nur üzlü uşağa qarşı doğmalıq hiss elədim. O mənim keçmişim, mən onun gələcəyi idim. Ona görə də onunla söhbətimiz qısa oldu. Doğmalar kimi ayrıldıq. Ayrılanda da "məni bağışla, övladım" dedim və hiss elədim ki, mənim bu üzrxahlığım onu çox təəccübləndirdi. Torbamı götürüb yolun o üzünə keçəndə dönüb geri baxdım və gördüm ki, uşaq hələ də mənim ardımca baxır.
Ən ağır anında belə insan Allahdan ümidini kəsilməməlidir. Hər gecədən sonra bir gündüz, hər çətinlikdən sonra bir rahatlıq var. Bəndənin Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin çözülməsinin başlanğıc nöqtəsidir. Allaha sığınan bəndə Ondan güc alır, Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə, mətanətlə hər cür sıxıntı qarşısında duruş gətirir.
Dünyanın tarixi
Padşah alimləri toplayıb onlara dünyanın, gəlib-keçmiş bütün adil padşahların tarixini yazmağı tapşırır ki, oxuyub öyrənsin və rəiyyətinə qarşı ədalətli davransın. Təxminən 5-6 ildən sonra alimlər onun sarayına 40 dəvə yükü kitab göndərirlər. Padşah kitablara baxıb deyir ki, bu qədər kitabı oxuya bilməz. Qaytarın, alimlər bunları qısaldıb gətirsinlər. Aradan 5-6 il keçəndən sonra bu dəfə də 7 dəvə yükü kitab gəlir. Padşah yenə etiraz edir ki, kitab çoxdur, alimlər dünyanın tarixini daha qısa yazsınlar. Yenə aradan 5-6 il keçir və ailmlərdən bir kitab gəlir. Deyirlər ki, dünyanın tarixini ən qısa şəkildə bu cür yazmaq mümkündür. Amma padşah indi də o kitabı oxuyacaq halda deyil, çünki ölüm yatağındadır. Alimlərin başçısına belə deyir:
- Bu dünyada o tarixi öyrənmək mənə qismət olmadı, barı heç olmasa bircə cümlə ilə söylə, mən də bu dünyadan bir şey öyrənərək gedim.
Alimlərin başçısı bir qədər düşünür və bütün dünyanin tarixini bircə cümlə ilə belə ifadə edir:
- Gəldilər, yaşadılar, öldülər, getdilər.
Hər əmanətin təyinatı var
El arasında bir söz var: Dostunu göstər, sənin kim olduğunu deyim. Hərdən qəlbinə boylanıb orda kimin yerləşdiyini görüb öz qiymətimizi də müəyyən edə bilərik. AXİTƏRDƏ HƏR KƏS SEVDİKLƏRİ İLƏ BİRLİKDƏ OLACAQ. Nə qədər də xoş müjdə və ümidverici həqiqət. İndi kimi sevməyi hər kəs özü seçsin. Axirətdə kimlə birlikdə olmağa hər kəs özü qərar versin. onu da unutmayaq ki, EYNİ VAXTDA BİR QƏLBDƏ İKİ SEVGİ OLA BİLMƏZ.
Hər şeyin öz təyinatı var. Əlin də, dilin də, gözün də, ayağın da, qolundakı gücün, başındakı ağılında... Hamısı da əmanətdir, ya ölmədən, ya da öləndən sonra hamısı əlimizdən alınacaq, əmrimizdən çıxacaq. Təyinatı üzrə işlətmədiyimiz bu əmanətlər bizdən şikayəçi olacaq bir gün. Hər şeyin təyinatı üstünə yazılıb, elə sevginin də. Sevginin qaynağı Allahdır, bu duyğu bizə Allahın əmanətidir. Sevgini doğru ünvana ünvanlayanlar biri min edir, ötəri ləzzəti əbədi sevincə dəyişirlər.
Yollar Leyliyə yönəlib, amma Leylanın ötəsində Mövla da var, bilirsənmi?
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ Ukraynaya maliyyə yardımını azaldır

25 Aprel 2017 06:44

İspan gözəlin FOTOları

25 Aprel 2017 06:32

Dünya üzrə metronun qəribə sərnişinləri - FOTOLAR

25 Aprel 2017 06:28

ABŞ-da təyyarə qəzası: ölən və yaralanan var

25 Aprel 2017 06:09

Cici və Mert - FOTO

25 Aprel 2017 05:37

Cüdoçularımız vətənə qayıtdı - 5 medalla

25 Aprel 2017 05:28

Goranboyda 4 otaqlı ev yandı

25 Aprel 2017 05:04

Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək

25 Aprel 2017 04:44

Jozefin olduğu kimi - FOTO

25 Aprel 2017 04:32

ABŞ-da atışma - 2 yaralı

25 Aprel 2017 04:28

Almatıda metroda bomba həyəcanı

25 Aprel 2017 03:49

İranda 593 məhbus əfv edildi

25 Aprel 2017 03:33

Məşhur filmdəki otaq yenidən yaradıldı - FOTO

25 Aprel 2017 03:32

Azərbaycanlı "Eurovision" fanları İtaliya dedi -

25 Aprel 2017 03:25

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

25 Aprel 2017 02:48

"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

25 Aprel 2017 02:36

58 yaşlı aktrisa romantik obrazda - FOTO

25 Aprel 2017 02:32

Çilidə DƏHŞƏTLİ ZƏLZƏLƏ - 7,1 bal

25 Aprel 2017 02:23

Avropa çempionları Bakıya döndü

25 Aprel 2017 02:19

Çilidə 7,1 ballıq zəlzələ

25 Aprel 2017 02:09

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

25 Aprel 2017 02:03

Məhkəmə Mursi tərəfdarları barəsində ölüm hökmü çıxardı

25 Aprel 2017 01:54

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

25 Aprel 2017 01:49

Apteklərdə "Rivanol" tozu yoxa çıxıb -

25 Aprel 2017 01:38

Kvebekdə rahat ev - FOTO

25 Aprel 2017 01:32

Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarıldı

25 Aprel 2017 01:28

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38