Yalanın növləri haqqında

Yalanın növləri haqqında
23:22 6 Noyabr 2016
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Yalan əxlaqi rəzil xüsusiyyətdir ki, günahı çox böyükdür. Yalanın yeddi forması vardır: 1. Allaha töhmət vurmaq, 2. Allahın xəlq etdiyinə töhmət vurmaq, 3. Allahın xəlqini aldatmaq, 4. riya, 5. fəsadtörədən yalan, 6. intriqa yaradan yalan, 7. zarafatla deyilən yalan.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: "Vay olsun o kəsə ki, başqaları gülsün deyə zarafatla yalan deyər". Bəli, bu, şeytanın bir tələsidir. Şeytan azdan başlayır, ancaq nəfsi-əmmarə azla qane olmur.
 
Bəli, yalan söyləyən insan bu işə o qədər adət edir ki, Allaha da yalan söyləyir. Allaha deyər ki, "Allahım! Sənin haqqına and olsun, mən yaxşı insanam. Sən yersiz yerə məni cəhənnəmə göndərmək istəyirsən". Quran buyurur: "Necə qəribə yalançıdır". Bu, necə ola bilər ki, o qədər hesab arasında, Qiyamətin o qədər heybəti qarşısında bu cür insanlar hələ də yalan söyləyə biləcəklər?! Ancaq iki yaşlı uşaq yalan söyləmək istəyəndə rəngi qaçar. Yəni uşağın fitrəti dərk edir ki, yalan pis işdir. Ancaq həddi-büluğa çatmış bu insanlar rahat yalan danışa bilirlər.
 
Yalanın səkkizinci forması da vardır ki, ona şayiə deyirlər. Yəni insan bir şey nəql edir və bilmir ki, bu xəbər doğrudur, yoxsa yalandır. Şayiə adətən rəzil insanların ixtirasıdır. Daha çox düşmənlərin işidir. Məsələn bir neçə düşmən toplaşıb, bir şayiə düzəldirlər və sonra deyirlər ki, bunu verin insanların əlinə. Bir nəfər iki nəfərə, o iki nəfər üç nəfərə danışır və bu yolla da həmin xəbər yayılır. On günün içində həmin şayiə bütün ölkəni bürüyür.
 
Düşmənlərə işləyən mətbuatın işi də elə budur. Qurani-Kərim bu haqda buyurur: "Ölüm olsun yalançılara!"("Zariyat" 10). Bu insanlar düşünməmiş danışarlar. Bilmirlər ki, düzgündür, yoxsa yalandır? Fəsad vardır, yoxsa yox? Fikirsiz xəbəri verər və bu da şayiə olar. Quran buyurur: "O zaman siz (o sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq, kiçik hesab edirdiniz. Nə üçün onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Pərvərdigara, sən müqəddəssən. Bu, çox böyük bir böhtandır" - demədiniz? Allah sizə nəsihət edir ki, əgər möminsinizsə, əsla bunun kimi bir işə bir daha dönməyin!". ("Nur" 15-17).
 
Bu, çox böyük bir günahdır. Diqqət etsəniz, görərsiniz ki, bu günah Quranı çox əsəbləşdirmişdir. Ona görə də şayiəni az bir şey kimi qəbul etməyin.
 
Şayiə möminlərin arasında da yarana bilir. Belə ki, bir nəfər mərcəyi-təqlid haqqında bir yalan deyir və həmin yalan tələbələr arasında yayılır. Bəli, bununla da şayiə yayılır. Quran deyir ki, sən səhv iş gördün ki, onu nəql etdin və sən də səhv iş gördün ki, ona qulaq asdın.
 
Şayiə qarşısında nə etməliyik?
 
Bir nəfər Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: "Filankəs sənin haqqında filan sözü deyir". Mərhum Hacı da buyurur: "Bunu bilmirəm ki, o, deyib, yoxsa yox. İslam deyir ki, deməyibdir. Ancaq sənin haqqında Quran deyir ki, xəbəri yayansan. Belə ki, buyurar: "Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, onu araşdırın!" ("Hucərat" 6). Sənin sözün qəbul olmadı, ona görə cəhənnəm ol".
 
Bundan sonra şayiə yaranarmı? Bəli, Hacının bu hərəkəti hamımız üçün bir nümunədir. Şayiə eşitdin, gərək fikirləşəsən. Hətta bizim tələbələr belə. Quran boş yerə heç bir zaman təhlükə zəngini vurmaz. Quran buyurur ki, ölüm olsun sənə və bunu boş yerə demir. Bir qədər fikirləşsək, görərik ki, şayiə həm yalandır, həm riyadır, həm fırıldaqdır, həm fəsad yaradandır. Ona görə də bəzən insan fikirləşmədən elə bir söz deyir ki, qəflətən yeddi və ya səkkiz günaha batmış olur.
 
Bir tələbə gərək dəlillə danışıb, dəlillə fikirləşsin. Dəlillə iş görüb, hətta dəlillə yatsın. Dəlillə oturub, dəlillə dursun. Şayiə eşidən zaman sual versin ki, hansı dəlilə görə?
 
Beləliklə, şayiə böyük bir günahdır və bu günahı hər birimiz işləyə bilərik. Ona görə də şayiənin nə olduğunu tanıyaq və onun qarşısını alaq. Səbəbini araşdıraq ki, Quran demişkən, sonra peşman olmayaq.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yastı qarın üçün 8 TÖVSİYƏ - idmansız və pəhrizsiz!

29 May 2017 23:27

2000-ci illərə damğa vuran məşhur serialın balaca qəhrəmanını TANIMAYACAQSIZ - FOTO

29 May 2017 23:27

Dibçəkdə çətənə bitkisi əkən şəxs tutuldu - FOTOLAR

29 May 2017 23:23

Britaniyada pələng zoopark əməkdaşını parçalayıb

29 May 2017 23:22

Dünyanın ən qəribə ölümləri - FOTO

29 May 2017 23:17

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTO

29 May 2017 23:17

Bella qəribə geyimi ilə diqqət çəkdi - FOTO

29 May 2017 23:12

64 yaşlı kişi ağacdan yıxılaraq xəsarət aldı - Balakəndə

29 May 2017 23:09

Dəhşətə gələcəyiniz 15 TARİXİ FAKT - FOTOLAR

29 May 2017 23:08

Ramazan ayının dördüncü gününün duası -

29 May 2017 23:08

Dəridəki qırışları açan MÖCÜZƏVİ MASKA

29 May 2017 23:05

Belə parıltılı paltarlar dəbdədir - FOTO

29 May 2017 23:05

24 yaşlı qız zəhərlənib

29 May 2017 22:57

Xırdalanda mənzildə yanğın baş verib

29 May 2017 22:56

Kosmetik bitki yağlarının QORXUNC FƏSADLARI - XƏBƏRDARLIQ

29 May 2017 22:52

Ağcabədidə qadın zəhərləndi

29 May 2017 22:49

Cocuq Mərcanlıda 1200-dən çox qəlpə aşkarlandı

29 May 2017 22:48

Dodon Rusiya diplomatlarının qovulmasını pisləyib

29 May 2017 22:47

Dörd günə tikilmiş MÖHTƏŞƏM VİLLA - FOTO

29 May 2017 22:42

"Barselona"ya yeni baş məşqçi təyin olunub

29 May 2017 22:42

Aydın Xırdalanlı tanınmaz hala düşməsinin səbəbini AÇIQLADI

29 May 2017 22:37

Xırdalanda ev yanıb

29 May 2017 22:36

Rus diplomatlar Moldovada "persona non qrata" elan ediliblər

29 May 2017 22:34

Azərbaycan səfirinə Serbiyada yüksək mükafat

29 May 2017 22:33

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb

29 May 2017 22:32

"Tuta bilmədi, gözünü yaraladı" - Stress çarxlarının təhlükəli fəsadları - VİDEO - FOTO

29 May 2017 22:32

Qazaxda sərxoş məktəb direktoru qəza törədib, 2 nəfər yaralanıb

29 May 2017 22:32

Polis səhvən yas mərasimini atəşə tutdu - ölənlər var

29 May 2017 22:29

Qazaxda çobanı avtomobil vuraraq öldürüb

29 May 2017 22:27

"Rusiya diplomatlarının Moldovadan qovulması prezident Dodona qarşı yönəlib"

29 May 2017 22:27

Bakıda şərikli bina tikənlərin ədavətinin cəzasını sakinlər çəkir - VİDEO

29 May 2017 22:22

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

29 May 2017 22:22

Aydın Xırdalanlı tanınmaz halda -

29 May 2017 22:20

Bu üsulla xoruldamağa son qoyulacaq

29 May 2017 22:12

Hovuz kənarında duş alan model paparassilərə "hədəf" oldu - FOTO

29 May 2017 22:12

Qadınların diqqətinə - TƏHLÜKƏ! - VİDEO

29 May 2017 22:05

Müəllimlərin bizə göstərmədiyi 8 elmi təcrübə - MÖHTƏŞƏM - VİDEO

29 May 2017 22:05

“Barselona”da YENİ ERA

29 May 2017 21:58

Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar edilib -

29 May 2017 21:55

Pencəyin yaxasına taxılan sirli nişanlar: MƏNALARI VƏ TARİXİ - FOTO

29 May 2017 21:47

Gənc müəllimin dərs metodu internetdə izlənmə rekordu qırır - İsmayıllıda - VİDEO

29 May 2017 21:47

İndoneziyada güclü zəlzələ

29 May 2017 21:43

"Barselona"nın yeni baş məşqçisinin adı açıqlandı

29 May 2017 21:40

Azərbaycan səfiri Serbiyanın yüksək mükafatına layiq görülüb

29 May 2017 21:37

"Barselona" yeni baş məşqçisini rəsmən açıqladı

29 May 2017 21:37

Şəkidə qeyri-adi hadisə - VİDEO - FOTO

29 May 2017 21:37

“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

29 May 2017 21:34

Qızın rəqsinə 5 milyon izləyici baxıb - VİDEO

29 May 2017 21:27

2017-nin səs-küy yaradan NİŞAN FOTOLARI

29 May 2017 21:27

Emmanuel Makron Vladimir Putinlə görüşüb

29 May 2017 21:25