Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbol hakimi vurdu - VİDEO

Futbol hakimi vurdu - VİDEO

Date: 6 November 2016 23:22

Braziliya çempionatının üçüncü divizionunda keçirilən "Quarani" - "Boa" komandalarının görüşündə gərgin anlar yaşanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Braziliyanın "Globo Esporte" portalı xəbər verib.
Məlumata görə, insident oyunun ikinci hissəsində baş verib. Belə ki, oyun zamanı rəqibinə qarşı kobudluq nümayiş etdirən "Quarani" komandasının müdafiəçisi Ferreyra ona qırmızı vərəqə göstərən hakimin qərarının ədalətsiz hesab edərək, onun sinəsinə vurub.
Üstəlik, futbolçu bundan sonra da sakitləşməyib. O, komanda yoldaşlarının və stadionun əməkdaşlarının müdaxiləsindən sonra meydançanı tərk edib.
Qeyd edək ki, oyun "Boa" komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb

Milli.Az


Tags:  Futbol hakimi vurdu VİDEO

RƏYLƏR


Top news