Adanada polisə atəş açıldı: ölən var

Adanada polisə atəş açıldı: ölən var
23:34 6 Noyabr 2016
86 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb, bir polis ölüb.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, insident Çukurova prospektində qeydə alınıb.

 

Məlumata görə, PKK tərəfdarları  polisə “Molotov kokteyli” və daş atıb. Polis aksiyanı dağıtmaq üçün bibər qazı və su sırnaqlarından istifadə edib.

 

İnsident zamanı  nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR