Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəmkirdə yaşayış evində partlayış: Yaralılar var

Şəmkirdə yaşayış evində partlayış: Yaralılar var

İngiltərədə partlayış (26 Mart 2017 09:35)
Britaniyada partlayış: yaralılar var (26 Mart 2017 08:05)
Evdə partlayış: ər-arvad yaralandı (23 Mart 2017 16:38)

Tarix: 7 Noyabr 2016 00:18

Şəmkirdə partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini Akif Əliyeva məxsus evdə baş verən partlayış nəticəsində ev yerlə yeksan olub. Məlumata görə, A. Əliyev bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə kirayə qalan R. Hacıyev ötən gün saat 16 radələrində evə gələrək işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kvadratmetrdən artıq olan ev tamamilə dağılıb. R. Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  Şəmkirdə yaşayış evində partlayış Yaralılar var



RƏYLƏR


Top xəbərlər