Messi "Barselona"da 500-cü qolunu vurdu

Messi "Barselona"da 500-cü qolunu vurdu
03:24 7 Noyabr 2016
140 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində  500-cü qolunu vurub.

 

APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu  çərçivəsində "Sevilya" ilə oyunda baş verib.

 

Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.

 

"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR