Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qırmızı çörək

Qırmızı çörək

Date: 7 November 2016 07:05

Milli.Az çuğundur və qozla çörəyin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1.5 st. çuğundur püresi 

3/4 st. su 

20 q yaş maya

4-4.5 st. un

2 x.q. duz

2 x.q. zeytun yağı

1/4 st. qoz

Çiy çuğunduru təmizləyib sürtgəcin xırda gözündən keçirin, sonra isə blenderdə püre halına gələnədək xırdalayın. 

Mayanı ilıq suda əridin, çuğundura qatın, zeytun yağı, duz, xırdalanmış qoz və az-az un qataraq xəmir yoğurun. 

Xəmir bərk olmamalıdır. Formanı bitki yağı ilə yağlayın. Xəmiri içinə tökün. Üzərinə dəsmal örtüb 1 saat isti yerdə saxlayın. 

Sobanı 200 dərəcə qızdırın. Xəmir təxminən iki dəfə qalxanda sobaya qoyub 45-50 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın. 

Xəmiri formadan çıxarıb şəbəkədə soyudun. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Tags:  Qırmızı çörək

RƏYLƏR


Top news