Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İnsanları geyindirən kitabxana

İnsanları geyindirən kitabxana

Tarix: 7 Noyabr 2016 07:47

Türkiyədə fəaliyyətə başlamış yeni, maraqlı kitabxana bir çoxlarının diqqətini cəlb edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, Antalyanın Kəpəz rayonundakı Anadolu Texniki Liseyi nəzdində fəaliyyət göstərən kitabxana həm də yoxsulların ehtiyacını ödəmək üçün yaradılıb.

Belə ki, tələbələrin "Free Butik" adını verdikləri kitabxana "Paylaşmaq gözəldir" layihəsinə başlayıb. Layihəyə əsasən kitabxanaya gələnlər buradakı paltar bölməsinə yerləşdirilmiş geyim əşyalarını pulsuz əldə edə bilərlər. Burda həmçinin ehtiyacı olanlara ayaqqabılar da verilir.

Milli.Az


Teqlər:  İnsanları geyindirən kitabxana



RƏYLƏR


Top xəbərlər