"Sadəcə bəxtim gətirir"

"Sadəcə bəxtim gətirir"
09:05 7 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç baş məşqçi Antonio Kontenin tətbiq etdiyi yeni taktiki sxem barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi bunu daha çox bəyəndiyini qeyd edib.

"Daha hücumameyilli oynadığımı düşünmürəm. Müəyyən məqamlarda irəli gedə bilərəm. Amma yerimi dərhal tutan oyunçu olur. Aktivimdə bir neçə məhsuldar ötürmə var. Futbolda məhsuldar ötürmə o vaxt olur ki, komanda yoldaşın qol vurur. Düzü, sadəcə bəxtim gətirir. Konte bizim oyun sistemini dəyişib. Biz 3 nominal müdafiəçi ilə meydana çıxırıq. Fikrimcə, meydanda mübarizə aparmaq taktikadan daha önəmlidir. Bütün gücünü ortaya qoyur, baş məşqçinin nə demək istədiyin bilirsənsə, verilən tapşırıqları yerinə yetirmək asanlaşır. Hazırki taktiki sxem bizə uyğundur. "Chelsea" bunu son oyunlarda sübut edir. Mövsüm uzundur, nöbəti oyunlara baxaq. Yeni sxemdəki vəzifəm əvvəlkinə bənzəyir. Amma top məndə olanda oyun variantım çoxalır. Hər şeyin asanlaşdığını demirəm. Bununla yanaşı, özümü daha yaxşı hiss edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR