“Heç kişi də belə iş görər?” - şou-biznesdən sitatlar

“Heç kişi də belə iş görər?” -  şou-biznesdən sitatlar
09:06 7 Noyabr 2016
318 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az saytı geridə qoyduğumuz həftədə tanınmış sənətçilərin çıxışlarından sitatları təqdim edir:

Əməkdar artist Röya Ayxan:
“İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm. O, mənim gözümün önündən heç vaxt getmir”.

Müğənni Xatirə İslam: "Əgər arıq olsam, o qədər qısa geyinərəm ki...”.

Müğənni Rəhim Rəhimli: “Etiraf edim ki, mən indi vətəndaş nikahındayam. Münasibətdə olduğum biri var, xoşbəxtik. Hələ ki, övlad sahibi olmağa, uşağın mənə “ata” deməsinə hazır deyiləm”.

Türkiyəli aktyor Tamer Karadağlı: "Nənəm və babam azərbaycanlıdır. Nənəm Gəncədəndir”.

Əməkdar artist Mətanət İsgəndərli: “Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?”.

Prodüser Tarix Əliyev (Tolik): “Xırdalana köçəndən mənim əsəblərim tarıma çəkilib. “Azərişıq” hara baxır bilmirəm”.

Əməkdar artist Naibə Allahverdiyeva: “Mən çox istərdim ki, kişilərimiz qadınlarımıza sahib çıxsınlar".

Prodüser Təranə Səmədova: “Kərimlə ayrılmağımıza bir neçə səbəb oldu. Düşündük ki, səbəblər var, övladımız da yoxdur, niyə evliliyi davam edək? Qızım Suel Kərimin övladı deyil”.

Müğənni Emin Ağalarov: “Bakıda villa tikdirəndə atamla qərar verdik ki, onlar eyni olsun. Əli və Mikayıl da əkizdirlər. Gələcəkdə isə villalar mənim oğullarıma qalacaq”. 

Əməkdar artist Abbas Bağırov: “Əynimə geyindiyim istənilən bir şey bahalıdır, qiymətsizdir. Abbas geyinibsə, demək, bahalıdır. Çünki özümə hörmət edən, sənətimi sevən, tamaşaçı sevgisi qazanan biriyəm”.

Rəqqasə Fatimə Fətəliyeva: “Hərdən özümü danlayıram ki, niyə dəyişə bilmirəm? Alınmır, ikiüzlü ola bilmirəm”.

Müğənni Sevda Sanəliyevanın əri Cəmilin keçmiş qayınanası: “Mənim qızımı boşayıb, gedib Sevdanı aldı. Necə də utanmır, heç kişi də belə iş görər? Bütün Şamaxı bu hərəkətinə görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır”.

Müğənni Səidə Sultan: "Mənə “tərbiyəsiz" deyənlərə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar”.

Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) : “Qayınanam olmasa, heç yerə gedə, iş görə bilmərəm”.

Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət: “Mənim Fuad Poladova münasibətim bəllidir, onu görkəmli sənətkar kimi hər zaman yüksək qiymətləndirmişəm. Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm”.

Müğənni Roza Zərgərli: “Mənə eşq yaşamağı təklif edənə sərvət təklif edərəm, imkanı çatmaz”.

Müğənni Könül Kərimova: “İstər qızımın, istərsə də oğlumun bu sahədən biri ilə ailə qurmasını istəmirəm. Evdə bir müğənni bəsdir”.

Müğənni Günel Zeynalova: “Bəziləri məni qınadılar ki, Məhərrəmlikdə nişan olarmı? Hər kəs öz işinə baxsın".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR