Millimizin üzvü türk klubundan qovuldu

Millimizin üzvü türk klubundan qovuldu
22:01 5 Yanvar 2015
224 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Sivasspor" klubu heyətində islahatlara başlayıb. ANS PRESS-in məlumatına görə, artıq yeni baş məşqçi Sərgən Yalçının qərarı ilə 4 futbolçu komandadan kənarlaşdırılıb.

Onların arasında millimizin hücumçusu Cihan Özkara da var. Onunla yanaşı, Ahmet Şahbaz, Berk Neziroğluları və Makauley Krisantus komandadan kənarlaşdırılıb.

Klubun prezidenti Mecnun Otyakmaz yollarını ayırdıqları futbolçulara təşəkkür edib: "4 futbolçumuzla baş məşqçi Sərgən Yalçının qərarına əsasən yollarımızı ayırdıq. Bu zamana qədər çəkdikləri əziyyətə görə onlara təşəkkür edirəm. Onların əvəzində mərkəz müdafiəçisi, sol cinah oyunçusu, yarımmüdafiəçi və hücumçu transfer edəcəyik".

Qeyd edək ki, Cihan 2011-ci ildə Almaniyanın "Rot Veiss Ahlen" klubundan "Sivasspor"a keçib. Bu günə qədər Super Liqa klubunun heyətində 49 oyun keçirib, 1281 dəqiqə oynayıb və 6 qol vurub. 2012/13 mövsümünün ilk yarısında "Erciyəsspor"da icarə əsasında çıхış edən 23 yaşlı hücumçu millimizin formasını 16 oyunda geyinib və 2 qol vurub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR