Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki yük avtomobili toqquşdu

İki yük avtomobili toqquşdu

Date: 7 November 2016 09:17

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Kürdəmir magistral avtomobil yolunun 151-ci km-də, Hacıqabul rayonu ərazisində "Mercedes" markalı yük avtomobilin "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Mercedes" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:17-də başa çatıb.

Milli.Az


Tags:  İki yük avtomobili toqquşdu

RƏYLƏR


Top news