"Bəs, mən neyləyim, bundan sonra susummu?"

"Bəs, mən neyləyim, bundan sonra susummu?"
09:27 7 Noyabr 2016
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin musavat-a müsahibəsini təqdim edir:

- Sizin növbəti açıqlamanız da kifayət qədər sərt reaksiyaya səbəb oldu. Heç özünüz bunun səbəbi barədə düşünürsünüzmü? Bəlkə susmaq daha yaxşı olardı, nəinki bu cür açıqlamalar vermək...

- Xahiş edirəm, mənim bu sualıma cavab ver: mənim orada bir günahım, səhvim, qəbahətim varmı?

- Qəbahət deyəndə ki, şəhidlərlə bağlı birdəfəlik müavinətin artırılmasını elə öz partiyadaşlarınız təklif edir, siz deyirsiniz, bu, mümkün deyil...

- Kim dedi onu? Axı mən deməmişəm. Demişəm zaman gələcək, ona baxacağıq.

- Sonuncu dəfə dediniz ki, niyə Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir?

- Həmin yazıda da fikirlərim təhrif olunmuşdu. Yəni bazar iqtisadiyyatı dövründə demək olmaz ki, pulsuz olsun. Pulsuz nə ola bilər? Deyirlər ki, şəhid ailələri üçün təhsil pulsuzdur. Bu, düzgün deyil. Demək lazımdır ki, büdcə hesabınadır. Əgər avtobus özəldirsə, orada gediş haqqı necə pulsuz ola bilər? Vaxtilə ulu öndərimiz qanunları tənzimlədi. Qarabağ əlillərinə avtobusda getmələri üçün əlavə vəsait verildi. Aldıqları müavinətin üstünə əlavə olundu. Həmçinin apteklərdən alınan dərmanlara görə ünvanlılıq təşkil olundu. Yəni Qarabağ əlilinə xəstəliyi ilə əlaqədar dərman yazıldı, gedib aptekdən aldı, ancaq pulunu Əmək və Sosial Müdafiə Nazirliyi ödədi. İndi də vəziyyət belədir.

- Fikirlər var ki, Qarabağ əlillərinin sayı əhali nisbətində elə də çox deyil və onların təminatı məsələsi birdəfəlik həll oluna bilər. Mümkün deyilmi?

- Dünya təcrübəsi necədir? Elədir ki, əlil arabasında gəzən adam gedib pulunu ödəyir, özünü əskiltmir ki, "mən əliləm, pulsuz getməliyəm". Yəni bu məqsədlər üçün əlavə müavinət verilir. Digər tərəfdən, mən deməmişəm ki, dərman pulsuz olmasın. Biz demişik ki, bazar iqtisadiyyatına keçid vaxtı məsələ tənzimləndi.

- Ancaq problem qalır. Dövlət hansısa yolla bu xərcləri tənzimləyə bilərmi?

- Bazar iqtisadiyyatının öz qanunları var axı.

- Hadı müəllim, axı, o insanlar Qarabağda döyüşüb sağlamlığını itirməsəydi, nə bazar olardı, nə iqtisadiyyat...

- Bu, artıq populizmdir. Qarabağ əlillərinə pulsuz maşın, mənzil verilib. Dediyiniz məsələ isə başqa cür həll olunur. Məsələnin ünvanlılıq məsələsi təmin olunmalıdır.

- Amma elə həmkarlarınız da dedi ki, devalvasiyadan sonra 11 min manatlıq "qanpulu", şəhid ailələrinə ayrılan müavinət, yaxud Qarabağ qazilərinə verilən təqaüd çox aşağıdır. Bununla bağlı nə etmək olar?

- Devalvasiya söhbəti başqadır da. Yenə desəm ki, məbləği 1 milyona qaldırmaq lazımdır, bu, artıq lağlağı söhbəti olur. Onda söhbətimiz alınmayacaq. Belə çıxacaq ki, yenə jurnalistə müsahibə verirəm, yenə problem yaradıram. Mənim mübahisə mövzusu olan nədir? Bir cümləni yazmadıqlarına görə adamları qıcıqlandırıblar. Həmin cümlə budur: Heydər Əliyev bu münasibətləri tənzimlədi, yəni bazar münasibətlərinə uyğun tədbirlər gördü.

- Yenə günahkar jurnalistlər oldu?

- Yox, günah mənimdir ki, jurnalistlərə müsahibə vermişəm.

- Sosial şəbəkələrdə daha çox bu təklif olunur ki, bəlkə Hadı Rəcəbli sussun, danışmasın...

- Ay sağ ol. Sənə indi danışdım. Amma bəs, neyləyim, bundan sonra susummu, danışmayımmı?

- Amma siz rəsmi şəxs olduğunuz üçün danışmağa borclusunuz...

- Ona görə də danışıram. Elə isə danışdığımı mənim həmkarlarım təhrif etməsin də.

- Demisiniz ki, Üzeyir Cəfərov mənim gördüyüm işlərin bir faizini görməyib. Üzeyir Cəfərov Qarabağ müharibəsi veteranıdır, Horadizin azad olunmasında iştirak edib, ehtiyatda olan zabitdir...

- İndi qulaq as. Üzeyir Cəfərov da mənimlə eyni kənddəndir. O kəndin 100 sakininin imzası ilə məktub var. Mənim deputatlığım dövründə o kənddə məktəb, tibb məntəqəsi tikilib, rabitə qovşağı yaradılıb, kənd sakinlərinə qayğı göstərilib. O kənddə aprel döyüşlərinin iştirakçısı var, heç Üzeyirin ondan xəbəri yoxdur.

Gəlsin mənimlə danışsın, niyə gəlmir? Digər tərəfdən, mən Üzeyirə nə demişəm ki? Onunla nə işim var? O başqa işi görüb, mən başqa işi. Deynən onda Hadı müəllim 5 dəfə niyə seçilib, niyə ona etimad göstərilib? Mən də nə isə eləmişəm də. Bu dəqiqə Lənkərandakı Qarabağ Əlillər Cəmiyyətinin sədri buna görə Bakıya gəlib. Deyir Hadı müəllim, bu, nə biabırçılıqdır, kimlə istəyirsiniz, gedim görüşüm.

- Hadı bəy, camaat sizdən sosial müdafiə ilə bağlı təşəbbüslər gözləyir, siz öz müdafiənizi təşkil edirsiniz...

- Bəs, bu qədər sosial müdafiə addımlarını görmürsən? Şəhid övladlarının pulsuz təhsil alması ilə bağlı qərar qayğı deyil? Mən başqa məsələlər də fikirləşirəm. Ola bilər səhiyyə müəssisələrində Qarabağ əlilləri ilə bağlı növbədənkənar xidmət olsun. Mən vaxtaşırı onlarla görüşürəm, heç bu söhbətlərə dəxli yoxdur. Hər dəfə onları qəbul edib dinləyir, sonra parlamentə gedirəm.

- Yeri gəlmişkən, şəhid övladının təhsil güzəşti məsələsində 23 yaşla bağlı məhdudiyyəti götürmək olmazmı?

- 70 yaşına qədər verək?

- Müddəti bir az artırmaq olmazmı?

- Ola bilər. Bunun üçün maliyyə tutumu bilinməlidir. Buna ayrıca baxıla bilər. Mənim, inşallah, çıxışım olacaq, görəcəksiniz. Boş danışmaqla deyil axı. Dünyada proseslər var da, biz neyləyək? Neftin qiyməti düşür və s.

- Bu arada sərvətlərinizdən də yazdılar...

- Heç bütün ölkədə olan sərvətləri yazmırlar, Hadı müəllimin sərvətləri nə çox gözə girdi? Bu qədər sərvət sahibinin parlamentdə oturmağa vaxtı olar? Parlamentdə hər gün saat 10-da işə gəlib axşam 7-də gedən adam Hadı Rəcəblidir. Hadının bu qədər vaxtı hardadır ki, getdi o işlərlə də məşğul oldu? Şişirtmə məsələlər, adamların xəyallarıdır. Mən o xülyalı adamlara minnətdaram ki, məni belə görmək istəyirlər.

- Sizi Prezident Administrasiyasına niyə çağırıb tənbeh ediblər. Olubmu belə şey?

- Axı, məni Prezident Administrasiyasına çağırmayıblar. Belə şeyə görə məni niyə çağırmalıdırlar, nə günah sahibiyəm? Bunlar hamısı təhriflərdir. Elektron mətbuatın günahıdır. Biri verir, digərləri də götürüb yayır. Hər iki halda mənim fikirlərim təhrif olunub və belə mübahisələr yaranıb. Mən bir daha demək istəyirəm ki, cəmiyyətin ən həssas qrup insanları ilə işləyirəm. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu həssas insanları qıcıqlandırmasınlar, mənim sözlərimi təhrif etməsinlər. Hadı müəllimin bir kəlməsini oynadırlar. Qıcıq yaratmaq istəyirlər, lap açığını deyək, hakimiyyətə qarşı rəy aşılamaq üçün. Hadı müəllim özü də həssas qrupdan çıxıb, fəhləlikdən gəlib, müəllim ailəsində böyüyüb. Neçə illərdir məni tanıyırsan, mənim davranışımda tərbiyəsizlik, hörmətsizlik, yekəxanalıq görmüsən? Olmayıb axı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb

24 İyul 2017 16:50

Xarici siyasət və beynəlxalq münasibətlər sistemi haqqında kitab çapdan çıxıb

24 İyul 2017 16:49

Soçidə erməni barmağı qırıldı, Qarabağda... - Əliyev-Putin görüşü

24 İyul 2017 16:48

Canlı yayımda xanım aparıcının alt paltarı sürüşüb düşdü - VİDEO

24 İyul 2017 16:47

"JPMorgan": OPEC+ anlaşmasının pozulma riski var

24 İyul 2017 16:47

Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb

24 İyul 2017 16:44

Dırnaq boyasını bu üsulla təmizləyin

24 İyul 2017 16:43

Bakı Bulvarının susuz fəvvarələri: "Bu haqda cavabım yoxdur..." - FOTO

24 İyul 2017 16:42

Azərbaycan və Ermənistan prezidentləri görüşsə... - Ermənistanda Qarabağ qorxusu

24 İyul 2017 16:38

"Kurtlar Vadisi"nə daha bir rəqib - Türk telekanallarında bir ilk - VİDEO

24 İyul 2017 16:37

Avtomobillərdən telefon, pul və digər əşyalar oğurlayan dəstənin üzvləri tutulub - FOTO

24 İyul 2017 16:37

“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”

24 İyul 2017 16:35

“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq

24 İyul 2017 16:35

ABŞ Əfqanıstana aviazərbələr endirdi

24 İyul 2017 16:34

Prezident İlham Əliyevin mətbuata qayğısı: yazmaq üçün yaradılan şərait

24 İyul 2017 16:33

Mesut Özil və Amine Gülşe toya hazırlaşır - FOTO

24 İyul 2017 16:32

Maliyyə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı dəyişdirilib

24 İyul 2017 16:32

Soyuqdəyməni 3 günə aradan qaldıran ən təsirli vasitə

24 İyul 2017 16:32

Baş Prokurorluq və DİN Bərdədə baş vermiş dəhşətli hadisə ilə bağlı birgə məlumat yayıb

24 İyul 2017 16:27

İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq

24 İyul 2017 16:27

Bakıda dəniz limanındakı faciə ilə bağlı cinayət işi açıldı

24 İyul 2017 16:27

Vakant müəllim yerlərinin YEKUN SAYI

24 İyul 2017 16:24

Polşada aksiyalar: Prezident yeni qanuna veto qoydu

24 İyul 2017 16:23

Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir - FOTO

24 İyul 2017 16:22

Tovuzda ağır yol qəzası olub, ölən və yaralananlar var

24 İyul 2017 16:22

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

24 İyul 2017 16:22

Rusiya qoşunları Bakı-Supsa kəmərinin bir hissəsini zəbt etdilər

24 İyul 2017 16:20

İnsultdan bir ay əvvəl bədəndə gedən proseslər - Onlara etinasızlıq göstərməyin!

24 İyul 2017 16:18

İstanbul metrosunda həyəcanlı anlar: Sərnişinlər qatarlardan boşaldıldı...

24 İyul 2017 16:17

Ölkəni tərk etdiyi deyilən aktrisa əsəbiləşdi: "Məndən şou düzəltməyin" - FOTO

24 İyul 2017 16:17

AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb

24 İyul 2017 16:17

Jurnalistlər velosiped yarışına çıxdılar - FOTO

24 İyul 2017 16:17

Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

24 İyul 2017 16:14

Arvadları başqa kişilərlə gəzən dövlət başçısı: MƏŞUQLARI TAPDI və... - Ağlagəlməz OLAY (FOTO)

24 İyul 2017 16:13

"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə

24 İyul 2017 16:12

Azərbaycanda yanacaqdoldurma məntəqələrində YENİLİK

24 İyul 2017 16:12

Bakının “İnter” klubu baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

24 İyul 2017 16:12

Bakıda parkda ağacları kəsib, yerində kafe salırlar - FOTO

24 İyul 2017 16:12

Günün kösöv etdiyi fəhlələr: Onların hüquqları necə qorunur?

24 İyul 2017 16:10

İsveçrədə dəhşət: "Loqonda" ilə insanlara hücum etdi - VİDEO

24 İyul 2017 16:08

Mətbuat Şurası Azərbaycan prezidentinə məktub ünvanlayıb

24 İyul 2017 16:08

İntim fantaziyası ölümünə səbəb oldu - FOTO

24 İyul 2017 16:05

Mərhum aktyorun məzar daşı üçün yazdığı vəsiyyəti ortaya çıxdı - FOTO

24 İyul 2017 16:05

"Çocuklar duymasın"dan möhtəşəm dönüş - Reytinq

24 İyul 2017 16:05

Telefonunuz gec şarj olursa

24 İyul 2017 16:00

15 yaşlı gəncin meyiti Kürdən tapıldı

24 İyul 2017 15:57

“Qəbələ”də yeni müqavilə

24 İyul 2017 15:57

Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"

24 İyul 2017 15:52

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı

24 İyul 2017 15:52

Kamran Ağayev Çexiyadadır

24 İyul 2017 15:52