Qara görə gəmi reysləri təxirə düşdü

Qara görə gəmi reysləri təxirə düşdü
09:33 7 Noyabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yağan güclü qarla əlaqədar İstanbul və Bursa sərnişin daşıma gəmi reysləri təxirə salınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, Türkiyənin İstanbul və Bursa şəhər istiqamətli dəniz reysləri ləğv olunub. Qərar havaların normal vəziyyətə düşəcəyi günə qədər qüvvədə olacaq.

Xatırladaq ki, Türkiyədə nəqliyyatın gəmi sərnişindaşıma növündən geniş istifadə olunur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR