Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqtisadiyyat Nazirliyi tender elan etdi

İqtisadiyyat Nazirliyi tender elan etdi

Date: 7 November 2016 09:42

İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək Proqramı" çərçivəsində "Xüsusi İqtisadi Zonaların idarə olunmasına dəstək" layihəsinə dair açıq tender elan edib.

Milli.Az bildirir ki, nazirlikdən APA-ya verilən məlumata görə, işlərin yerinə yetirilməsi müddəti 12 aydır. Tender iştirakçılarına təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etmək təklif edilir. Təkliflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək.
 
Tenderdə iştirak etmək istəyənlər 2000 manat iştirak haqqı ödəməlidir. İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət etməli, tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətlərini, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayışı, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətini, iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı, tender təklifini (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalır), tender təklifi qiymətinin 2%-i həcmində (təklifin təminatı) bank zəmanətini ( təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır), xarici şirkətlər isə iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədi, müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayışı müvafiq quruma təqdim etməlidir.  
 
İddiaçılar tenderdə iştirak etmək üçün bu sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 noyabr 2016-cı il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 6 dekabr 2016-cı il saat 17:00-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklif zərfləri 7 dekabr 2016-cı il saat 15:00-da açılacaq.
 
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanununa uyğun keçiriləcək. 

Milli.Az


Tags:  İqtisadiyyat Nazirliyi tender elan etdi


RƏYLƏR


Top news