Həftəsonu keçirilən oyunlarda "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri qələbə qazana bilməyib.
Fanat.Az xəbər verir ki, PAOK "Qarabağ"ın ardınca "Panionios"a da uduzub. Saloniki təmsilçisi səfər qarşılaşmasında 0:1 hesablı məğlubiyyətlə dönüb. Bu məğlubiyyətdən sonra 7-ci pilləyə enib.
İtaliya A seriyasının 12-ci turunda "Sampdoriya"nı qəbul edən "Fiorentina" fasiləyə qalib yollansa da, qonaqlar 2-ci hissədə fərqləniblər. 1:1 hesablı bərabərlik "Fiorentina"nın turnir cədvəlində bir qədər də geriləməsinə səbəb olub. "Bənövşəyilər" 17 xalla 8-ci pillədədilər.
"Slovan"ın da qazancı bu tur 1 xal olub. Doğma meydanda "Saprta"ya qolsuz bərabərlik "Slovan"a 13 oyuna 14-cü xalını qazandırıb. Liberets təmsilçisi 16 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az