Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropanın ən yaxşı ifaçıları seçildilər - FOTO

Avropanın ən yaxşı ifaçıları seçildilər - FOTO

Date: 7 November 2016 09:57

Hollandiyanın Rotterdam şəhərində "MTV Europe Music Awards-2016" mükafatlarını təqdimat mərasimi keçirilib.

Kanadalı müğənni Castin Biber "Beliebers" mahnısının sayəsində əsas nominasiyalarda qalib sayılıb.

Milli.Az MTV-yə istinadən bildirir ki, Biber ötən il "MTV Europe Music Awards"da 5 gümüş mükafata yiyələnmişdi.

Builki mərasimdə isə Twitter və İnstagram-da keçirilmiş sorğu nəticəsində Biberə "Gecənin 3-cü tacı" verilib.

Biber mərasimə onlayn qatılıb.

Mərasimdə iştirak etməyən ulduzlardan biri də amerikalı Ledi Qaqa idi: o, iki nominasiyada qalib gəlib.

Şounun aparıcısı, amerikaldı müğənni Billi Co Armstronq deyib: "Bir saniyəlik də olsa, ABŞ-ı tərk etməyə sevinirəm. Qarşıdan gələn seçkilərə görə ölkədə çox pis mühit var".

Mərasim əsnasında səhnəyə çıxıb ifaları ilə zalı coşduranlar arasında Bruno Mars, DNCE, Green Day, The Weeknd, Kings Of Leon və başqaları vardı.

Nominantları isə Nina Dobrev, Ceyden Smit, Cordan Dann və s. təqdim ediblər.

Qaliblərin siyahısını təqdim edirik:

"Ən yaxşı mahnı" - "Sorry" (Castin Biber)

"Ən yaxşı video" - "Starboy" (The Weeknd ft. Daft Punk)

"Ən yaxşı qadın müğənni" - Ledi Qaqa

"Ən yaxşı kişi müğənni" - Şon Mendes

"Ən yaxşı canlı ifa" - "Twenty One Pilots"

"Ən yaxşı debütant" - Zara Larsson

"Ən yaxşı pop ifaçı" -"Fifth Harmony"

"Ən yaxşı rok ifaçı" - "Coldplay"

"Ən yaxşı alternativ ifaçı" - "Twenty One Pilots"

"Ən yaxşı hip-hop ifaçı" - Dreyk

"Ən yaxşı elektron ifaçı" - Martin Harriks

"İlin debütü" - DNCE

"Ən yaxşı fanatlar" - Castin Biber

"Ən yaxşı obraz" - Ledi Qaqa

"Ən yaxşı kanadalı ifaçı" - Şon Mendes

"Ən yaxşı britaniyalı və irlandiyalı ifaçı" - "Little Mix"

"Ən yaxşı amerikalı ifaçı" - Ariana Qrande

"Ən yaxşı rusiyalı ifaçı" - "Therr Maitz"

"Qlobal ikona" - "Green Day"

Milli.Az






































Tags:  Avropanın ifaçıları seçildilər FOTO

RƏYLƏR


Top news