Küçəni zibilləyən itlər

Küçəni zibilləyən itlər
09:59 7 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda itlər maşının buferini sökdü - VİDEO (17 May 2017 00:48)

İTİNİZ KÜÇƏDƏ KAK EDƏRSƏ


Bir neçə gün əvvəl bir cavan oğlan balaca, sevimli iti ilə önümdə gedirdi. Birdən it dayanıb səkidə təbii ehtiyacını ödəməyə başladı. İşini bitirdikdən sonra gənc sahibi onun ipini dartıb yoluna davam elədi. İçi mən qarışıq, səkidə addımlayanların bu mənzərəyə etinasız yanaşması, nəcisin kənarından “obqon” edib yollarına davam etmələri məni narahat elədi. Sanki hər şey qaydasındadı, belə də olmalıdı. Bizdə hələlik belədi, kiminsə iti mənim şəxsi həyətimdə “kak” eləməyibsə, bu söhbət mənlik deyil. 
Dəfələrlə bu və ya buna bənzər hadisələrin şahidi olmuşam. Təkcə mən yox, yəqin, hamınız yol kənarlarında, (bəzən yolun ortasında) parkların içində, əhalinin gəzdiyi səkilərdə oxşar xoşagəlməz mənzərələrlə rastlaşmısınız. İt nəcisinə ayağınız batıb, yaxud ayağı batanların asfalta sürtülmüş izlərini görmüsünüz.
Bəs bu problemi necə yoluna qoymaq olar?
Hansı tədbirlər görülməlidi ki, gəzintiyə çıxarılan sevimli heyvanların buraxdığı zir-zibil küçənin ortasında qalmasın? Şəhərin təmizliyinə, insanların istirahətinə mane olmasın?
 

Bu haqda xeyli fikirləşdim, problem haqda feysbuk səhifəmdə yazan kimi Avropada yaşayan soydaşlarımız yerbəyerdən oradakı təcrübələrdən misal çəkdilər.


Avropalılar anoloji vəziyyətdən çıxış yolunu çoxdan tapıblarmış, bunu həmvətənlərimin yazdığı şərhlərdən öyrəndim.
Almaniyada yaşayan rəssam dostumuz Azər Vəli  bildirdi ki, yaşayış yerlərinin hər addımlığında heyvanların zibilini təmizləmək üçün xüsusi qutular və paketlər qoyulub. Bələdiyyələr küçə və parkların təmizliyinə xüsusi nəzarət edir. Əgər kimsə heyvanının nəcisini buraxdığı yerdə qoyub gedərsə, bunu görən istənilən vətəndaş polisə zəng edir və adamın yürüdüyü yeri söyləyir. Polis dərhal həmin it sahibini  saxlayıb cərimələyir.
 

Sözsüz ki, polis it gəzdirən vətəndaşları güdə bilməz. Belə hallarda, əsasən, ictimai qınaq insanları bu pintilikdən çəkindirir. Hollandiyadakı həmvətənimiz əminliklə deyir ki, onların  cəmiyyətində bu kimi məsələlər ictimai şüurda elə oturuşub ki, hətta cərimə və qınaq olmasa belə, hamı publik yerlərdə təmizlik qaydalarına qeyd-şərtsiz əməl edir.
 

Çexiyada yaşayan həmyerlimiz Zamiq Məmmədli orada bütün yolların və yaşayış yerlərinin ətrafında bu məqsədlə hər kiçik məsafədən bir xüsusi qutu, süpürgə və paketlərin qoyulduğunu yazdı və nümunə kimi həmin zibil qutularının bir neçəsinin şəklini çəkib mənə göndərdi.


Belçikada da demək olar, eyni metoddan istifadə olunur. İt, pişik, quş zibilini təmizləmək üçün mağazalarda lazımi əşyalar satılır, həmçinin, bütün ictimai yerlərdə bu əşyalara rast gəlmək olar. Sevimli itini gəzintiyə çıxaran hər bir it sahibinin çantasında hazır paket və xüsusi kağız xətəngaz olur.

Şair dostumuz Sevinc Elsevərin yazdığına görə,  problemin, primitiv olsa belə, bizdə də həll edildiyi bölgə varmış: “Bu yaxınlarda lahıclı bir qadından öyrəndim ki, Lahıcda heyvan saxlayan adam çox azdı. Çünki Lahıc küçələrində heyvanları haylayarkən əlində bel də aparırsan ki, “kak” eləsə təmizləyəsən. Hətta qadın zarafat da elədi ki, vay o gündən heyvan ponos ola…”
 

Dediyimiz məsələnin ictimailəşdirilməsi bəzi adamlara əhəmiyyətsiz, hətta gülməli görünə bilər. Amma bilməliyik ki, küçələrdə it-pişik nəcisinin qalıqları təkcə natəmizlik və çirkab yaratmaqla bitmir. Məlumunuz olsun ki, it və pişik nəcisində insan həyatı üçün təhlükəli qurdların toxumları və ağır xəstəliklər törədə bilən bakteriyalar yaşayır. İt nəcisindəki parazit qurdların yaşama qabiliyyəti uzunmüddətli olduğundan onlar açıq havada münbit şəraitə düşür və ətrafa daha çox mikrob yayırlar.
İnanıram ki, bu problem avropalıların təcrübəsinə söykənərək Azərbaycanda da hər hansı bir formada öz həllini tapacaq.
 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24 İyun 2017 04:12

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

24 İyun 2017 04:08

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 03:53

Bakıda avtomobil yeniyetməni vurub

24 İyun 2017 03:42

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyun 2017 03:34

Sevgini çəkən insan - FOTO

24 İyun 2017 03:32

ABŞ-da "F-16" qəzaya uğrayıb -

24 İyun 2017 03:31

Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24 İyun 2017 03:12

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17

Çaylarda su artdı, Gorançay daşdı

24 İyun 2017 01:58

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

24 İyun 2017 01:57

Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

24 İyun 2017 01:55

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”

24 İyun 2017 01:54

SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

24 İyun 2017 01:42

1930-cu illərin çılğın, qara-ağ Londonu - FOTO

24 İyun 2017 01:32

Kəbədə həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb

24 İyun 2017 01:28

Diqqətsiz qalan 2 yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

24 İyun 2017 01:18

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

24 İyun 2017 01:02

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

24 İyun 2017 00:58

"Arsenal" fransız futbolçuya görə 44 milyonundan keçməyə hazırdır

24 İyun 2017 00:58

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

24 İyun 2017 00:52

Bakıda təcili yardım maşını aşıb:

24 İyun 2017 00:45

Lənkəranda zəlzələ oldu

24 İyun 2017 00:43

Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır"

24 İyun 2017 00:42

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 00:36

Lənkəranda zəlzələ

24 İyun 2017 00:34

Rejissor Kənan Mahmudovun həyat yoldaşı dəyişib belə oldu - FOTO

24 İyun 2017 00:33

Goranboyda avtomobil piyadanı vurub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ olub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ baş verib

24 İyun 2017 00:28

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

24 İyun 2017 00:24

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

24 İyun 2017 00:22

Bakıda təcili yardım maşını aşdı - Sürücü... - FOTOLAR

24 İyun 2017 00:18

Astroloji proqnoz - 24 iyun

24 İyun 2017 00:08

"Bavariya" gənc yarımmüdafiəçinin transferinə yaxındır

24 İyun 2017 00:05

Günün qoroskopu: emosional fon sabit deyil

24 İyun 2017 00:05

"Beşiktaş" Pepedən cavab gözləyir

23 İyun 2017 23:57

Ana ölən oğlunu almaza çevirdi - FOTO

23 İyun 2017 23:57

Almaniyada Tramp-Putin görüşü baş tuta bilər -

23 İyun 2017 23:54

Pike və Şakiranın sevgi hekayəsi - FOTO

23 İyun 2017 23:52

Bakıda "Zəfəran hospital"a məxsus ambulans qəza törədib: xəsarət alan var

23 İyun 2017 23:52

"Yuventus"u "Mançester Siti"yə dəyişir

23 İyun 2017 23:52

Alimlər uşağın emosiyalarına reaksiya verə bilən oyuncaq hazırlayıblar

23 İyun 2017 23:52

Tarkanın Bakı konsertindən FOTOlar

23 İyun 2017 23:47