Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki müsəlman məhbus aşağılandı, həbsxanada qiyam qalxdı - VİDEO - FOTO

İki müsəlman məhbus aşağılandı, həbsxanada qiyam qalxdı - VİDEO - FOTO

Date: 7 November 2016 10:12

İngiltərənin Bedfordşir qraflığındakı Bedford şəhərində yerləşən həbsxanada məhbuslar qiyam qaldırıblar.

Luton şəhərinin Kral Məhkəməsi və qraflıqdakı bütün magistrat məhkəmələrinin hökmləri ilə azadlıqdan məhrum edilmiş 530 məhbus bu həbsxanada saxlanılır.

Milli.Az The Sun-a istinadən bildirir ki, "HMP Bedford" həbsxanasındakı qiyama 200 məhbus qatılmışdılar. Qiyama səbəb nəzarətçilərin iki müsəlman məhbusla kobud davranmaları olub.

Bedfordşir qraflığının polisi qiyamın yatırıldığını, yaralanan və ya xəsarət alanın olmadığını bəyan edib: "Həbsxanadakı insident çözülüb. Penitensiar xidmət tam və təfərrüatlı araşdırma aparacaq".

5Pillars-ın baş redaktor müavini Dilli Hüseynin dediyinə görə, həbsxanadakı məhbuslarda davranış, gerçəkdən də, normal deyil: "Bedford həbsxanasında məhbuslar sutkada 23 saat kamerada saxlanılırlar. Təbii ki, onlar aqressivləşəcklər".

Milli.Az














Tags:  İki müsəlman məhbus aşağılandı həbsxanada qiyam qalxdı VİDEO FOTO

RƏYLƏR


Top news