Son həftələrin ən çox müzakirə edilən uşaq aktrisası Beren Gökyıldızın "Anne" serialında qazancı bəlli olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Cansu Dere və Vahide Perçinlə kamera qarşısına keçən balaca ulduz hər seriya üçün 5 min lirə (təxminən 2500 manat) alır. 7 yaşlı Berenin aylıq qazancı isə 20 min lirə (təxminən 10 min manat) edir.
Qeyd edək ki, B.Gökyıldız "Kocamin ailəsi" serialında, "Güldüy güldüy" şousunda yer alıb.