"Belə səhvlərdən "Qarabağ" maksimum yararlanır"

"Belə səhvlərdən "Qarabağ" maksimum yararlanır"
10:37 7 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

"Çox yaxşı matç oldu. Xüsusən, ilk yarıda bəzi qol epizodları yaratdıq". Bunu "Report"a açıqlamasında "Zirə" klubunun futbolçusu Migel Lorenso Azərbaycan Premyer Liqasının XI turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, 0:2 hesabı ilə uduzduqları matç haqda danışarkən "Qarabağ" kimi komandalara qarşı oyunlarda qol epizodlarından faydalanmağın gərəkliyini bildirib: "Əks halda, rəqib səhvindən yararlanıb, səni cəzalandıra bilər. Belə də oldu. Birinci hissədə çox yaxşı çıxış etdik. Hər şey balanslaşdırılmış tərzdə gedirdi. Müəyyən qol epizodları yaratdıqdan sonra da bəzi imkanlar əldə etdik. Lakin bunlardan da yararlana bilmədik. "Qarabağ" kimi komandalara qarşı ehtiyatlı oynamaq lazımdır. Lakin biz artıq ikinci hissədə ehtiyatı əldən verdik. Özümüzü bir az da yorğun hiss etməyimiz səhvlərə səbəb oldu. "Qarabağ" da bundan maksimum faydalanaraq, hesabda irəli çıxdı. İki səhv qapımıza vurulan qollarla nəticələndi. Düşünürəm ki, "Qarabağ" kimi komandalar belə səhvlərdən maksimum yararlanırlar. Ona görə də ikinci hissədə öz qol vəziyyətlərimizdən maksimum faydalanmalı idik".

Məğlubiyyətə baxmayaraq, 24 yaşlı oyunçu "Zirə"nin hazırda yaxşı formada olduğunu iddia edib: "Son nəticələrimizə baxdıqda, komandamızın yaxşı dövrdə olduğunu deyə bilərəm. Gərgin əmək, gərgin məşqlər... Kollektivdə hər kəs həvəslə çalışır. Bu cür davam etsək, hər gün motivasiyalı məşqlər etsək, "Qarabağ" kimi komandaları məğlub etmək daha asan olacaq. Çünki son nəticələri özünüz də görürdünüz".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbel-shvlrdn-quotqarabaquot-maksimum-yararlanrquot-t53964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR