Tvitter çökdü?

Tvitter çökdü?
10:37 7 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Tvitter sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, çətinliklər Bakı vaxtı ilə 10:00 radələrindən müşahidə olunur.

"Downdetector" monitorinq resursu problemin olduğunu təsdiqləyib.
 
Bununla yanaşı, Tvitter-in Feysbuk sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən APA-ya bildirilib ki, problem şirkət daxilindədir.
 
20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür.
 
Şirkət problemin səbəbini açıqlamır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR