Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaq bağçası bombalandı, 6 uşaq həlak oldu - FOTO

Uşaq bağçası bombalandı, 6 uşaq həlak oldu - FOTO

Date: 7 November 2016 10:37

Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Harasta əl Bəsal şəhəri prezident Bəşər Əsədə sadiq qoşunlar tərəfindən fasiləsiz bombalanır.

Dünənki bombardmandakı hədəflər arasında uşaq bağçası da vardı.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, silahlı müxalifətçilərin nəzarətindəki Hərasta şəhərində uşaq bağçasına minaların düşməsi nəticəsində 6 uşaq həlak olub, 17 uşaq yaralanıb.

Həlak olmuş uşaqlardan biri Cihad Qadadodur. O, Harasta şəhərindəki mülki müdafiə qüvvələrinin mənsubu, bombardmanda həlak olmuş Əbdülfəttah Qadadonun oğlu idi.

Milli.Az















Tags:  Uşaq bağçası bombalandı uşaq həlak oldu FOTO

RƏYLƏR


Top news