Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağa qayıdış – 2": Möhtəşəm motivasiya VİDEOSU

"Qarabağa qayıdış – 2": Möhtəşəm motivasiya VİDEOSU

Date: 7 November 2016 10:38

AzVision.az Qarabağa qayıdış mövzusundakı ikinci motivasiya videosunu təqdim edir. Bu, Bayraq Günü ərəfəsində oxucularımıza və bütün xalqımıza bir hədiyyədir.

Yada salaq ki, ötən il təqdim etdiyimiz və böyük maraqla qarşılanan birinci motivasiya videosu məqamı yetişəndə Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı ildırım sürətilə geri qaytara biləcəyindən bəhs edirdi. İkinci videoda isə hərbiçilərin yox, sadə insanların bunun üçün nələr etdikləri qabardılır.

Videoçarx vasitəsilə çatdırılan mesaj budur ki, Azərbaycanın hər bir vətəndaşı gördüyü işi ilə əslində ölkəmizin güclənməsinə və torpaqlarımızın qayıtmasına xidmət edir. Qoca nənə öz duası, həkim xilas etdiyi həyatlar, müəllim yetişdirdiyi şagirdlər, məmur gördüyü işlər, ana böyütdüyü övlad ilə dolayısıyla həm də işğal olunmuş ərazilərimizin qaytarılması üçün çalışır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bütün xalq elə bir ordudur və bütün işlərimiz Qarabağ üçündür!

AzVision.az-ın ideyası əsasında videoçarxı rejissor Fuad Əlişov çəkib. Kadr arxasında səslənən şeirin müəllifi Aqşin Yeniseydir.


Tags:  Qarabağa qayıdış Möhtəşəm motivasiya VİDEOSU

RƏYLƏR


Top news