Hollandiyanin Rotterdam şəhərində baş tutan "MTV Europe Music Awards"da mükafatlar sahiblərinə təqdim olunub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə Bruno Mars, "DNCE", "Green Day", "The Weeknd", "Kings Of Leon" və başqa ifaçılar iştirak edib.
Günün ulduz qonaqları arasında isə Nina Dobrev, Ceyden Smit, Cordan Dann və başqa ulduzlar olub.
İlin ən yaxşı mahnısı Castin Biberin "Sorry"si, ən yaxşı videosu isə "The Weeknd"lə "Daft Punk"un "Starboy" klipi seçilib.
Ledi Qaqa "Ən yaxşı qadın müğənni", Şou Mendes isə "Ən yaxşı kişi müğənni" mükafatını alıb.