Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevgilisini ölümcül döyüb polisə zəng vurdu - GORANBOYDA

Sevgilisini ölümcül döyüb polisə zəng vurdu - GORANBOYDA

Date: 7 November 2016 11:13

Goranboy rayonunda kişi qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhd edib.

Bu barədə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 7-də gecə saat 3 radələrində baş verib. Goranboy rayonunun Veyisli kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1969-cu il təvəllüdlü Fərzəliyev Məzahir Allahyar oğlu qeyri-rəsmi nikahda olduğu 1974-cü il təvəllüdlü Əhmədova Almaz Qəşəm qızını xüsusi amansızlıqla döyüb. Qadın zərbələrin təsirindən huşunu itirib. A.Əhmədovanın öldüyünü zənn edən M.Fərzəliyev Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq onu öldürdüyünü deyib. Hadisə yerinə gələn əməliyyatçılar qadının ölmədiyini görüb onu xəstəxanaya çatdırıblar. Qadın ağır vəziyyətdə xəstəxanaın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs isə saxlanılıb. (trend)


Tags:  Sevgilisini ölümcül döyüb polisə zəng vurdu GORANBOYDA

RƏYLƏR


Top news