Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kürdlər Rəqqaya hücuma keçdi - FOTO

Kürdlər Rəqqaya hücuma keçdi - FOTO

Date: 7 November 2016 11:17

"Suriya Demokratik Qüvvələri" (Syria Democratic Forces, SDF) koalisiyası Suriyanın Rəqqa şəhərinə, İŞİD-in faktiki paytaxtına hücuma başlayıblar.

SDF-in özəyini kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olan YPG və PYD dəstələri təşkil edir.

SDF ABŞ-ın himayəsindədir.

Milli.Az Al Arabiya-ya istinadən bidirir ki, SDF-in komandiri Ayn İssa Rəqqa şəhərinin şimal həndəvərində keçirdiyi mətbuat konfransında deyib: "Rəqqa və ətrafının İŞİD-dən azad olunması məqsədilə genişmiqyaslı əməliyyat başlanıb. Dinc sakinləri terrorçuların yığışdıqları yerlərdən kənar durmağa çağırırıq. Rəqqa da Kobani təki azad olunacaq".

Rəqqanın azad edilməsi məqsədilə başlanmış "Fəratın qəzəbi" əməiyyatı zamanı ABŞ-ın Hərbi-Hava Qüvvələri kürdlərə dəstək verirlər.

Əməliyyata 30 min döyüşçü cəlb olunub.

Suriyanın şimalında, Hələbdən 160 km şərqdə yerləşən Rəqqa 2013-cü ilin martında İŞİD-in əlinə keçib. Terrorçular şəhəri öz paytaxtları elan ediblər.

Bu ilin martında şəhərin bir neçə məhəlləsində üsyan qalxmışdı, sakinlər yüzlərlə terrorçunu öldürmüşdülər. Lakin İŞİD üsyanı qanda boğub.

Rəqqanın azad edilməsinin kürdlərə "həvalə" olunması Türkiyənin kəskin narazılığına səbəb olub.

Milli.Az










Tags:  Kürdlər Rəqqaya hücuma keçdi FOTO

RƏYLƏR


Top news