Bakıda ağır yol qəzası baş verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.
Nəticədə "Nissan"da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat ediblər.
Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və "Mercedes"in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Milli.Az