APA 22-ci Beynəlxalq Qəzet və Xəbər Agentlikləri sərgisində təmsil olunur

APA 22-ci Beynəlxalq Qəzet və Xəbər Agentlikləri sərgisində təmsil olunur
11:29 7 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

 

Tehranda keçirilən 22-ci Beynəlxalq Qəzet və Xəbər Agentlikləri sərgisində təmsil olunan xarici KİV arasında APA da var.

 

APA-nın Tehran bürosunun məlumatına görə, sərgidə bu il beynəlxalq agentliklər üçün ayrıca pavilyonlar nəzərdə tutulmayıb.

 

Tehranda fəaliyyət göstərən 10 xarici agentliyin ofis rəhbərləri ümumilikdə bir pavilyonda toplaşıblar.

 

Bu gün İranın Azərbaycandakı sabiq səfiri Möhsin Pakayin sərgiyə baxış keçirib, xarici agentliklərin pavilyonunda olub.

 

M. Pakayin deyib ki, APA regionun və Azərbaycanın ən tanınmış xəbər agentliklərdən biridir və İranla Azərbaycan arasında əlaqələrin inkişafında çox mühüm rol oynayır.

 

O, Azərbaycanda səfir olduğu dövrdə əldə etdiyi nailiyyətlərdən birinin məhz APA-nın Tehranda ofisinin açılması olduğunu da diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR