Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 26 yaşlı gəlin ərini niyə öldürdü? - TƏFƏRRÜAT

Bakıda 26 yaşlı gəlin ərini niyə öldürdü? - TƏFƏRRÜAT

Date: 7 November 2016 11:49

Dünən Bakının Sabunçu rayonu ərazisində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Gülər Mirzəyevanın həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bir bıçaq xəsarəti ilə qətlə yetirməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. G.Mirzəyeva tutulub.

 

Bildirilir ki, gənc cütlük bir neçə il əvvəl ailə həyati qurub. Ali təhsilli olan Gülər 2 il əvvəl ana olub. Lakin yeni doğulan övlad da ailəyə xoşbəxtlik gətirməyib. Gülərlə Şəmsi tez-tez adi məişət məsələləri üstündə dalaşırlarmış. Ümumiyyətlə qohumları onların xasiyyətlərinin bir-birinə uyğunlaşmadığını, bir-birlərindən narazı olduqlarını bildiriblər. Dünən səhər saatlarında növbəti dəfə ərlə arvad mübahisə edib və əsəblərinə hakim ola bilməyən G.Mirzəyeva mətbəxdən götürdüyü bıçaqla ərinə bir zərbə endirib.

 

Araşdırmalar davam etdirilir.

 

 

*****

 

10:45

 

Bakıda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günel Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayaraq öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb. Qadının ərini hansı səbəbdən öldürdüyü araşdırılır.


Tags:  Bakıda 26 yaşlı gəlin ərini niyə öldürdü TƏFƏRRÜAT


RƏYLƏR


Top news