Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polis azərbaycanlının "Qazel"inə 8 güllə vurdu

Polis azərbaycanlının "Qazel"inə 8 güllə vurdu

Date: 7 November 2016 11:52

Rusiyanın Sankt-Peterburq vilayətinin Qatçinsk rayonunda yol patrul polisi 41 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi "Qazel" avtomobilini dayandırmaq üçün silah tətbiq etməli olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sürücü yol hərəkəti qaydalarını pozub qarşı hərəkət zolağına çıxdığı üçün onu "Krasnoe Selo-Qatçina-Pavlovsk" avtomobil yolunun 25-ci kilometrliyində saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, sürücünün heç bir sənədi yoxdur.

Bu zaman sürücü polislərdən qaçmaq üçün qəfildən qaza basıb və yüksək sürətlə uzaqlaşıb. Patrullar onu saxlamaq üçün qonşu Puşkin rayonundan olan həmkarlarına ratsiya ilə məlumat veriblər.

Puşkin rayonunun patrul polisləri "Qazel"i saxlamaq üçün silah tətbiq edib, avtomobilə 8 güllə atılıb. Güllələrdən ikisi təkəri deşib. Biri isə "krılo"ya dəyib. Sürücü saxlanılıb.

Milli.Az


Tags:  Polis azərbaycanlının Qazelinə güllə vurdu

RƏYLƏR


Top news