Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygünün "O səs Türkiyə"yə etirazı “Söyləməzsəm olmaz”da - video

Aygünün "O səs Türkiyə"yə etirazı “Söyləməzsəm olmaz”da -  video

Date: 7 November 2016 12:11

“Beyaz TV”-də yayımlanan “Söyləməzsəm olmaz” verilişində azərbaycanlı bəstəkar Aygün Səmədzadədən bəhs edilib.

Axşam.az-ın məlumatına görə, bəstəkarın “Tut ağacı” mahnısının “O səs Türkiyə” yarışmasında oxunması və “anonim” kimi qeyd edilməsi Azərbaycanda narazıçılığa səbəb olub. Verilişin aparıcıları da bu mövzuda danışaraq, haqsızlıq edildiyini deyiblər.

Aparıcılardan biri Ömür Varol “Tut ağacı” mahnısından söz açıb:

“Dünyaca məşhur bir Azərbaycanlı mahnısı “O səs Türkiyə”də səsləndirilib. Amma müəllif “anonim” yazılıb. Halbuki bu məşhur azərbaycanlı bəstəkara aiddir. Gözəl bir mahnıdır. Bu bəstəni rəhmətlik prezident Heydər Əliyev də sevirmiş. Mahnının musiqisini dünyaca məşhur bəstəkar Aygün Səmədzadə yazıb. Sözləri isə Zakirə Allahverdiyevaya aiddir. Acun bu səhvini düzəldəcək”.

Qeyd edək ki, dünən yarışmada Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan “Tut ağacı” mahnısını oxuyublar. Lakin mahnı Azərbaycana aid olan digər “Tut ağacı boyunca” xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi “anonim” deyə qeyd edilib.


Tags:  Aygünün səs Türkiyəyə etirazı Söyləməzsəm olmazda video

RƏYLƏR


Top news