Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Petkim"in səhmlərinin 7% ucuzlaşacağı gözlənilir

"Petkim"in səhmlərinin 7% ucuzlaşacağı gözlənilir

Tarix: 7 Noyabr 2016 12:22

"Petkim Petrokimya Holding A.Ş." cari ilin III rübündə 137 mln. lirə həcmində xalis mənfəət əldə edib ki, bu da proqnozlardan xeyli aşağı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "AK Yatırım" "Petkim"in xalis mənfəətinin 167 mln. lirə olacağını proqnozlaşdırıb.
 
Bunu əsas gətirərək "AK Yatırım" bəyan edib ki, holdinqin səhmlərinin nominal dəyəri 5,33 lirədən 4,97 lirəyədək və ya 6,75% ucuzlaşacaq.
 
"AK Yatırım"dan bildiriblər ki, şirkətin bazar dəyərinin azalmasına, həmçinin kömür elektrik stansiyasının ("Petkojen") tikintisini dayandırması və qısamüddətli perspektivdə fəaliyyətinin zəifləməsi səbəb olacaq.

Milli.Az


Teqlər:  Petkimin səhmlərinin ucuzlaşacağı gözlənilir



RƏYLƏR


Top xəbərlər