Obama: “Ona nüvə çamadanını etibar etmək olmaz”

Obama: “Ona nüvə çamadanını etibar etmək olmaz”
12:33 7 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı lağa qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məsələ Trampın “Twitter”dəki şəxsi mikrobloqundan kənarlaşdırılması ilə bağlıdır.

“Əgər kimsə “Twitter” hesabının öhdəsindən gələ bilmirsə, ona nüvə çamadanını etibar etmək olmaz”, - deyə Obama Florida ştatında Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun keçirdiyi mintinqdə çıxışında deyib.

Noyabrın 6-da məlum olub ki, Trampın məsləhətçiləri onu “Twitter”dəki şəxsi mikrobloqdan kənarlaşdırıblar. Qərarın qəbuluna səbəb kimi milyarderin öz siyasi rəqiblərini ləkələmək üçün mikrobloqundan müntəzəm istifadə etməsi olub. Trampın “Twitter”dəki mikrobloqu 13 milyondan çox abunəçidən ibarətdir.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR