Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda zəncirvari qəza: 1 ölü - YENİLƏNİB

Azərbaycanda zəncirvari qəza: 1 ölü - YENİLƏNİB

Date: 7 November 2016 12:49

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 5-də saat 18 radələrində Goranboy rayonunda Yevlax rayon sakini Emil Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən rayon sakini Camal Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobilə vurub, sonradan idarəetməni itirdiyindən avtomobili Bərdə rayon sakini Telman Hüseynovun idarə etdiyi traktora çırpıb. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

 

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

*****

 

10:30

 

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində "VAZ 2106" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Daha sonra minik avtomobilləri yaxınlıqdakı traktora çırpılıb. Nəticədə "VAZ 2106"da olan 38 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.


Tags:  Azərbaycanda zəncirvari qəza ölü YENİLƏNİB


RƏYLƏR


Top news