Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Müğənnilərin şortik qalmaqalı - video

Müğənnilərin şortik qalmaqalı -  video

Date: 7 November 2016 12:51

Şou-biznes aləmində yeni qalmaqal üçbucağı yaranıb.

Axşam.az-ın məlumatına görə, müğənni Lətifə Soyuöz Aysel Əlizadə və Humay Qədimovanın efirdə şortik geyinən ifaçıları qınamasına cavab verib.

O, “ATV maqazin onlarla” verilişində efirə şortik geyinən müğənnilərə pis baxan həmkarlarını bunları deyib:

“Tərbiyə şortiklə ölçülmür. Mən bədən ölçülərimə yaxşı bələdəm. Bəzən mənə deyirlər ki, bu nədir, istidə uzunçəkmə geyinirsən, sənin başqa ayaqqabıların yoxdur? Mən isə deyirəm ki, səhnədə nə istəyirsən geyə bilərsən, həm də, özümü necə rahat hiss edirəm, elə də geyinirəm, obrazıma uyğun”.

İfaçı özünü Beyonsla müqayisə edib:

“Heç kim Beyonsa demir ki, yayda bu nədir kürk geyinmisən? Çünki hamı bilir ki, bu, bir obrazdır”.

Yaxın vaxtlarda fotossesiyasının olacağını deyən L.Soyuöz bunun üçün özəl bir kəmərin hazırlandığını bildirib. O, həmkarı Vasif Məhərrəmliyə də söz atıb:

“Hazırda onun üzərində dəmirçilər işləyir. İnanıram ki, bu da Vasifin kəməri kimi hələ çox danışılacaq".

Qeyd edək ki, bir müddət əvvəl sözügedən verilişdə A.Əlizadə və H.Qədimova efirə şortiklə çıxan müğənnilər barədə danışıblar. Aysel “efirə şortiklə çıxmaq olar, amma bir nəfər var ki, ona şortik yaraşmır. Ayıbdır” deyə bildirib.

H.Qədimova isə “Özünə güzgüdə baxmırsan ki, bu, sənə yaraşmır” deyərək, iradını söyləyib.


Tags:  Müğənnilərin şortik qalmaqalı video

RƏYLƏR


Top news