Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək

Date: 7 November 2016 13:01

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Tags:  Havanın temperaturu yüksələcək

RƏYLƏR


Top news