Keçmiş səfir: "Tehran və Bakı bir-birinə digər region ölkələrindən daha yaxındır"

Keçmiş səfir: "Tehran və Bakı bir-birinə digər region ölkələrindən daha yaxındır"
13:05 7 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Tehran və Bakı mədəni və dini baxımdan bir-birinə digər region ölkələrindən daha yaxındır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, buna baxmayaraq bəzi məsələlərdə fikir ayrılıqları da mövcuddur. Onlardan biri də gömrük məsələsidir.

M.Pakayin deyib: "Bizim aramızda fikir ayrılıqları var və onları həll etmək lazımdır. Çünki bu sualların həll olunmamış qalması iki ölkə arasında ticarətin ləngiməsinə səbəb ola bilər".

Keçmiş səfir onu da qeyd edib ki, fikir ayrılıqları ölkələrin özlərindən yox, beynəlxalq strukturlarla fəaliyyətdə istifadə olunan standartlardan asılıdır.

M.Pakayin deyib: "Coğrafi mənada Azərbaycan özünü Avropanın bir hissəsi kimi görür və müvafiq standartarla uyğun fəaliyyət göstərir. İran isə Asiya İqtisadi Əməkdaşlıq İttifaqının üzvü olaraq digər standartlardan istifadə edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR