Qurban Qurbanov - 200-cü qələbə

Qurban Qurbanov - 200-cü qələbə
13:08 7 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb.

Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqasının 11-ci turunun “Zirə” ilə qarşılaşmasına təsadüf edib. 200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi vəzifəsindəki 368-ci qarşılaşmasında qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.

200 qələbədən 151-ii Premyer Liqa çərçivəsində əldə olunub. 10-cu turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.

“Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu vəzifədəki debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR