"Qızını döyməyən, dizini döyər" - MÜSAHİBƏ - FOTO

"Qızını döyməyən, dizini döyər" - MÜSAHİBƏ - FOTO
13:12 7 Noyabr 2016
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ATV-nin aparıcısı Lalə Azərtaş-ın kaspi.az-a müsahibəsini təqdim edir. 

Qeyd edək ki, aparıcının  2 qız övladı var. Böyük qızı Gülarənin 10, kişik qızı Solmazın isə 7 yaşı var.  

- Lalə xanım, uşaqlarınızı hansı tərbiyə üsulu ilə böyüdürsünüz? Valideyinlərinizdən aldığınız tərbiyəni övladlarınızın üzərində tətbiq edirsiniz, yoxsa sizin ayrı metodlarınız var?

- Mən qızlarımı tərbiyə edərkən həm valideynlərimdən gördüyümləri onların üzərində tətbiq edirəm, həm də bir qədər öz bildiklərimdən istifadə edirəm. Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu çox böyükdür.  Dünyaya övlad gətirdikdə, çalışırıq ki, onu cəmiyyətimizə layiqli şəkildə yetişdirək. Mənim üçün dünyaya gətirdiyimiz uşağın sayı deyil, onun təhsili, savadı, tərbiyəsi daha çox önəmlidir. Cəmiyyətimizin yaxşı və ya pis olması biz valideynlərin verdiyi tərbiyədən asılıdır. Ona görə hər zaman deyirəm ki, əgər övladımız varsa, biz cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırıq. Övladlarımızı tərbiyə edərkən heç bir boşluğa yol verməməliyik. Çünki bunun nəticəsini uşaqlarımız çəkir. Valideynin məsuliyyətsizliyinin fəsadı çox böyük olur. Belə ki, uşaqlar yaxşı tərbiyə almadıqda, sabah cəmiyyət üçün bir yükə çevrilir. Tərbiyə də valideynin uşağına olan sevgisindən doğur. Əslində valideynlər istəyir ki, övladları onların idarəetmə sisteminə itaət etsin və onların cızdığı yollarla getsinlər. Uşağım belə təhsil almalı, bunu geyinməli və bunları mütləq etməlidir - deyə düşünürlər. Düşünməliyik ki, qarşımızdakı uşaqdır. Onların da öz istəkləri olmalıdır. Ancaq əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir.
Mənim iki qızım var. Onlara "qızını döyməyən, dizini döyər" prinsipi ilə yanaşıram. Düzdür, döymək mənə bir qədər yad hərəkətdir. Maksimum səs tonunu yüksəldirəm. Bizdə hər şey mərhələ şəklində gedir. Birinci mərhələdə xəbərdarlıq edirəm ki, "bunu etmə". İkinci mərhələdə "axı demişdim olmaz". Üçüncüdə isə artıq səs tonu yüksəlir və məsələyə nöqtə qoyulur. Çalışırıq ki, qarşılıqlı anlaşma halında hər şeyi yoluna qoyaq. 
 
- Siz də övladlarınızı rejimlə idarə edən valideynlərdənsiniz?

- Bəli. Bizim ailədə uşaqlar tam rejimlə hərəkət edirlər. Uşağı tam çərçivəyə salmağın da əleyhinəyəm. Hərdən sərbəstlik verməyin tərəfadrıyam. Misal üçün, yay tətilində iki ay onların üzərində olan məhdudiyyəti götürürəm. Təbii ki, əgər mən deyirəmsə, yatıb-durmaq saatlarında sərbəstsiniz, bu o demək deyil ki, gecə saat 1-də, 2-də yata bilərlər. Əsla. Əgər dərs vaxtı saat 10-da yuxudadırlarsa, yayda bu, saat 11-12 də ola bilər. 2 ay uşaqlar sərbəst rejimdə böyüyürlər. 9 ay təhsil vaxtı isə günlərini tam ciddi rejimlə idarə edirik. Uşaqların zamanı elə bölünüb ki, hər şey zəncirvari şəkildədir - məktəb, ev, yemək fasiləsi, dincəlmək və əlavə məşğuliyyətlər. Mən uşağı çox yükləməyin tərəfdarı deyiləm. Ancaq hesab edirəm ki, uşağı götürə bildiyi qədər yükləmək lazımdır.
 
- Lalə xanım, bütün günü xəbərin içərisindəsiniz. Yəqin ki, Bərdədə 14 uşaqlı ailə haqda məlumatlısınız. Nədənsə çoxuşaqlı ailə cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Kimisi övladlarını saxlaya bilməyəcəyi təqdirdə, valideynlərin nə üçün belə hərəkət etdiyini qınadı, kimisi də uşaqların gələcəkdə bir-birilərinə dayaq olacağını deyib onlara haqq qazandırdı. Bu məsələyə münasibətiniz necədir?

- Bu məsələyə iki prizmadan yanaşmaq olar. Doğrudur ki, çoxuşaqlı ailə olmağın yaxşı tərəfləri çoxdur. Onlar gələcəkdə bir-birilərinə arxa-dayaq olacaqlar, bir-birilərinə kömək edəcəklər. Ancaq əgər onların hamısını mükəmməl yetişdirə bilməyəcəyiksə, o zaman buna ehtiyac yoxdur. Biri olsun, ancaq cəmiyyətə yararlı olsun. Çox üzr istəyirəm oxuculardan, çox uşağı dünyaya gətirməyə nə var ki. Hər bir qadın dünyaya istənilən sayda övlad gətirə bilər. Ancaq düşünək  ki, övlad ananın şah əsəridir. Bir valideynin övladına verə biləcəyi ən gözəl şey onun təhsili və tərbiyəsidir. Mən təbii ki, 14 uşağın hamsıına istədiyim kimi təhsil verə bilmərəm. Mənə görə, yetişdirə biləcəyin qədər övlad sahibi olmaq daha məqsədəuyğundur.  
 
- Deyirlər ki, insanı yalnız 2 nəfər ömrü boyu sevə bilər - anası və övladı. Bu fikirlə razılaşırsınızmı?

- Razıyam. Deyirlər, ana övladını qarşılıqsız sevən yeganə varlıqdır. Doqquz ay bətnində, üç il qucağında, ömrü boyu da qəlbində gəzdirir. Lazım gələndə məktəbin, universitetin qapısında durub övladı ilə  bərabər imtahan verir. Yenidən məktəbə gedir, parta arxasında oturur. Oğlu ilə bərabər əsgər gedir. Övladı ilə bərabər son günlərinə qədər yaşayan yeganə varlıq anadır. Övlada qalanda isə, sən də həmin övladın anasısan. Cənnət anaların ayaqları altındadır. 
 
- Övladlarınızın gələcəyi ilə bağlı nələr düşünürsünüz? Onları hansı sahələrdə görmək istəyirsiniz?

- Bu barədə hər təhsil ilinin əvvəlində uşaqlarla söhbətimiz olur. Hələ onları  müəyyənləşdirmək çox tezdir. Qızlarımı gələcəkdə hansı sahədə görmək istəyim o qədər də önəmli deyil. Çünki seçimlərini özlərinin ixtiyarına buraxmışam. Onlara sadəcə, istiqamət verə bilərəm. Məcburi heç nə etdirə bilmərəm. Məndən olsa, istəyərəm ki, biri humanitar, digəri dəqiq elmlər sahəsi üzrə təhsil alsın. Ona da uyğun iş tapsınlar. Təbii ki, valideynlər öz övladlarını ən yaxşı yerlərdə görmək istəyərlər. Təkcə sənətə yiyələnməklə iş bitmir. Gərək sahib olduğun işi sevəsən. Bu gün mən işimi sevərək görürəm. Çox zaman valideynlər "övladım televziyaya getməsin" deyərək uşaqlarını öz arzularının dalınca getməyə qoymurlar. Ancaq mənim valideynlərim "sevdiyin işdə uğurun olacaq" dedilər və mənə dəstək oldular. Övladlarıma da eyni şeyi məsləhət görəcəm. Görsəm ki, onların seçimi mənim istəklərimlə ziddiyyət təşkil edir, uyğun bir dillə istiqamət verəcəm. Hansı sənəti seçirlər-seçsinlər, yetər ki, seçdikləri sahədə peşəkar olsunlar. 
 
- Sizin sənətinizi davam etdirmək istəsələr necə, onlarla razılaşarsınızmı? Seçdiyiniz sənət bəlkə də kənardan asan görünən, ancaq dərinliyinə varanda, çox məşəqqətli bir peşədir. Valideynlər övladlarının çətin peşədə çalışmasını istəməzlər...

- Niyə də olmasın? Onlar istəyərlərsə, qarşı çıxmaram. Hər bir sənətin öz çətinlikləri var. Asan iş yoxdur. Uğur qazanmaq üçün işə sevgi mütləqdir. Mən öz işimi o qədər sevirəm ki, o sevginin arxasındakı çətinlikləri görə bilmirəm.  Bütün çətinliklər sevgi pərdəsinin arxasında itib-batır. Televziyaların qəribə bir mühiti var. Televiziya bir batalıqdır, insan batdıqca batmaq istəyir. Bəlkə də yeganə yerdir ki, görürsən boğulursan, ancaq yenə də boğulmaq istəyirsən və oradan uzaqlaşmırsan. 

- Peşələrimiz yaxın olduğu üçün işinizin çoxluğundan xəbərdarıq. Həm iş xanımı, həm də ana olaraq övladlarınıza zaman ayıra bilirsinizmi?

- Burada müəyyən problemlər yaşayırıq. Bilirsiniz ki, işimizlə əlaqədar olaraq səhər gedib, axşa gəlirik. Mən olmayanda uşaqlarıma sağ əlim, köməkçim, həyatımdakı ən dəyərli varlıqlarımdan biri olan anam nəzarət edir. Ana övladı ilə bərabər bir də ana olur. Anam övladlarıma məndən çox baxır, onların dilini məndən yaxşı başa düşür. Qızlarım nənələri ilə daha yaxındırlar. İşləyirəm deyə, bu məsələdə özümə haqq qazandırmıram. Çalışıram ki, istirahət günlərimi onlarla keçirim. Bundan başqa, əgər məzuniyyətdəyəmsə, bütün günümü onlara həsr edirəm.

- Siz daima xəbərin içində, bəzən də tam mərkəzində olursunuz.  Xəbəri tamaşaçıya çatdırarkən nə zamansa olubmu ki, öz övladınızın hansısa ixtirasını, ölkəmizi haradasa təmsil etməsini gözləriniz önündə canlandırasınız?

-Elə bir sual verdiniz ki, sanki o anı yaşadım. Ola bilər və bu mənim yaşamaq istədyim ən böyük arzularımdan biri olar. Ana üçün reallaşmasını istədiyi bundan gözəl arzu ola bilməz. İnşallah, gün gələr, sizə həmin an nə hisslər keçirdiyimi deyərəm. 

Milli.Az 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33

Moskvada güclü yanğın

17 Avqust 2017 06:14

Naxçıvan əhalisinin gəlirləri artıb

17 Avqust 2017 06:07

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

17 Avqust 2017 06:03

Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

17 Avqust 2017 05:33

Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib

17 Avqust 2017 05:07

Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq

17 Avqust 2017 05:03

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 04:33

Samuxda zəlzələ

17 Avqust 2017 04:24

Samuxda zəlzələ olub

17 Avqust 2017 04:17

Türmədə qanlı iğtişaş - 37 ölü

17 Avqust 2017 04:14

İspaniyada 600-ə yaxın migrant xilas edildi

17 Avqust 2017 04:03

Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

17 Avqust 2017 03:57

"Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub

17 Avqust 2017 03:07

İspaniya Superkubokunun qalibi bəlli oldu

17 Avqust 2017 02:59

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma olub: 35 ölü

17 Avqust 2017 02:52

Rusiyada 120 milyon il əvvələ aid MARAQLI TAPINTI

17 Avqust 2017 02:43

Səudiyyə şahzadəsi vəfat etdi

17 Avqust 2017 02:39

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib -

17 Avqust 2017 02:10

"Zenit" Hollandiyadan məyus qayıtdı - AVROLİQA

17 Avqust 2017 02:07

Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

17 Avqust 2017 02:03

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu - ÇEMPİONLAR LİQASI

17 Avqust 2017 01:57

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

17 Avqust 2017 01:57

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49